TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ

Tələbə Elmi Cəmiyyətinin sədri-

ÜMUMİ İNFORMASİYA


Bakı Qızlar Universitetinin Tələbə Elmi Cəmiyyəti universitet fəaliyyətə başladığı ilk vaxtlardan yaranıb. Tələbə Elmi Cəmiyyəti öz fəaliyyətini universitetin mövcud əsasnaməsinə uyğun qurmağa çalışır. Cəmiyyətin əsas məqsədi tələbələri elmi-tədqiqat işlərinə cəlb etmək, universitetdaxili və respublika miqyaslı tədbirlərdə onların iştirakına nail olmaqdan ibarətdir. Artıq hər il universitetin tələbələri respublika Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfrans və fənn olimpiadalarında fəal iştirak edir, mükafata layiq yerlər tuturlar. Bunun üçün bir qayda olaraq hər ilin aprel ayı universitetdə tələbələr arasında müxtəlif fənlər üzrə olimpiada, may ayında isə Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilir. Fərqlənən tələbələr də məhz universiteti respublika səviyyəli tədbirlərdə təmsil edirlər. Həmçinin TEC-in üzvləri vaxtaşırı olaraq universitetdə əlamətdar günlər və bayramlar münasibətilə  tədbirlər təşkil edir, müxtəlif mövzularda çıxışlar edirlər.

TEC öz işini strukturuna görə fakültə üzrə mövcud bölmələri vasitəsilə reallaşdırır. Sosial-Pedaqoji Fakültənin Tələbə Elmi Cəmiyyəti də məhz bacarıqlı, istedadlı və elmi-tədqiqat axtarışlarına maraq göstərən gənclərin bu bölmələrə seçilməsi əsasında formalaşır. Universitetin Tələbə Elmi Cəmiyyətinə üzvlər isə hər tədris ilinin əvvəlindən dekanların və tədris şöbəsinin təqdimatları, rektorun əmri ilə təsdiq edilir.

duloxetin 500 duloxetin snri duloxetin bupropion

TEC-in elektron k/xanası


FOTO-QALEREYA


Başa dön