Boloniya prosesi

lamisil cream avonotakaronetwork.co.nz lamisil spray

Boloniya prosesi

duloxetin 500 duloxetin qtc duloxetin bupropion

BOLONİYA PROSESI NƏDIR?

 

«Boloniya prosesi» Adı altında başlayan çalışmaların tarixi 1998-ci ilə qədər uzanır. 25 may 1998-ci ildə Sorbonna Universitetinin qurulmasının 800 illik yubileyində «Sorbonna Deklarasiyası» qəbul olunur. 19 iyun 1999-cu ildə isə 29 Avropa ölkəsinin təhsil nazirləri «Boloniya Deklarasiyası»nı imzalayırlar. 19 sentyabr 1988-ci il tarixində Alma Mater Boloniya Avropanın Ən qədim universitetlərindən biri olaraq qurulmasının 900 illik yubileyində «Magna carta Universitatum» hazırlanır. Boloniya Deklarasiyasında 2010-cu ilə qədər ortaq vahid Avropa Ali Təhsil məkanının (EHEA) formalaşdırılması üçün bir sıra fəaliyyət prinsipləri müəyyənləşdirilmişdir. 25 mart 2001-ci il tarixində «Höteborq tələbə Deklarasiyası» imzalanır. Bu mövzudakı ən son iclas isə Praqa (19 may 2001) və Qrasda (04 iyul 2003) olan görüşlərdən sonra 19 sentyabr 2003-cü ildə Berlində keçirilmişdir. Praqa Konfransında 2010-cu ilə qədər Avropa Ali Təhsil məkanının formalaşdırılması müddəaları yenidən gözdən keçirilmişdir. 
2005-ci ildən etibarən 45 ölkə prosesə qoşularaq bu ortaq təhsil hədəfini dəstəkləyir.

Həmin ölkələrin prosesə daxil olma ardıcıllıqları isə belədır:

-1999: Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Litva, Lyüksemburq, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya;

-2001: Xorvatiya, cənubi Kipr, Lixtenşteyn, Türkiyə;

-2003: Albaniya, Andora, Bosniya və Hersoqovina, Vatikan, Rusiya, Serbiya və Çernoqoriya, Makedoniya;

-2005: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna.

Boloniya prosesinə üzv olan 45 ölkə ilə yanaşı bəzi beynəlxalq qurumlar da prosesə qoşulmuşdur. Bunlar:

-Avropa Komissiyası

-Avropa Şurası - məsləhətçi üzv

-Avropa Universitetlər Birliyi - məsləhətçi üzv

-EURASHE - məsləhətçi üzv

-ESIB - Avropa Tələbələri Beynəlxalq Birliyi - məsləhətçi üzv.

-UNECO-JEPES - məsləhətçi üzv

-ENQA - məsləhətçi üzv

-Education İnternational Pan-European Structure - məsləhətçi üzv

-UNİJE - məsləhətçi üzv.

Azərbaycan Respublikası 2005-ci ilin may ayının 19-dan Boloniya prosesinə rəsmi olaraq qoşulmuş və bununla da təhsilimizin Beynəlxalq təhsil sisteminə inteqrasiyasında mühüm addım atılmışdır. Boloniya prosesinin məqsədi Avropa təhsil məkanına daxil olmaq imkanını genişləndirmək, təhsilin keyfiyyətini və ona olan marağı daha da yüksəltmək, tələbə və müəllimlərin mobilliyini yüksəltmək, ali təhsil məktəblərinin məzunlarına diplomla yanaşı diploma ümumi Avropa əlavəsi vermək, bütün Akademik dərəcələri və kvalifikasiyaları Avropa əmək bazarına yönəltməklə məzunlara işlə təmin olunmaq üçün şərait yaratmaqdır.

Dünyanın inkişaf etmiş ölkələrində bu sistem uzun illərdir ki, tətbiq olunur və sınaqlardan müvəffəqiyyətlə çıxmışdır. Çünki bu sistem tələbəyə yüksək səviyyədə biliklər əldə etməyi və yüksək hazırlıqlı mütəxəssis kimi yetişməyi nəzərdə tutur.

Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələrinin qarşısında, bu sistemin tələblərinə uyğun olan müvafiq vəzifələr qoyulmuşdur. Bunlardan ən önəmlisi isə təhsilin kredit sisteminə keçilməsidir ki, onun da aşağıdakı üstünlükləri vardır:
- Bolonya prosesinə qoşulmuş dövlətlər tərəfindən Azərbaycanın kredit sistemi ilə təhsil alan ali məktəblərinin diplomunun tanınması;
- hər bir tələbənin bu sistemlə mütəxəssis hazırlığını həyata keçirən istənilən xarici və yerli təhsil ocaqlarında təhsilini davam etdirmək hüququ;
- hər bir tələbənin fərdi tədris planının olması və onların bu planın tərtibində iştirakı;
- tələbənin fənn və müəllim seçimində müstəqilliyi;
- tədris prosesinə məsləhətçilərin (tyütor) cəlb olunması və onların hər tələbəyə təhsil alma prosesində köməkliyi;
- tədris prosesinin bütün lazımi çap materialları və onların elektron versiyaları ilə təminatı;
- tədris müəssisəsin normativdə nəzərdə tutulmuş müddətdən tez və gec bitirmək imkanı və s. göstərmək olar.

1990-ci illərin sonunda Avropa Universitetlərini bir-biri ilə müqayisə edilməsi üçün vahid bir əsasın işlənilməsi üzərində inisiativ başlanılır. 1998-ci ildə Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri və 29 avropa dövlətlərinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Boloniya (İtaliya) şəhərində razılıq imzalanır. Bu razılığın hazırlanması və yayılması Boloniya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 46 ölkəni əhatə edir. Prosesin əsas məqsədinin 2010-cu ildə yerinə yetirilməsi nəzərdə tutulur. Boloniya prosesinin həyata keçirilməsində bir çox azərbaycan ali məktəbləri iştirak edir.

 

Azərbaycan Respublikası Təhsil Nazirinin

264 saylı 20.04.2006-cı il tarixli

əmri ilə təsdiq  olunmuşdur

 

 

 

Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi

ƏSASNAMƏ

 

1.Ümumi müddəalar

 

1.1   Ali təhsil müəssisəsində kredit sistemininin tətbiqi onun Elmi Şurasının qərarı əsasında həyata keçirilir.

1.2   Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir:

-        hər bir tələbənin fərdi tədris planının olması və onların bu planının tərtibində iştirakı;

-        tələbənin fənn və müəllim seçimində müstəqilliyi;

-        təhsil prosesinə tədris məsləhətçilərin (tyutor) cəlb olunması və onların bu prosesdə hər tələbəyə köməkliyi;

-        tədris prosesinin lazımi çap materialları və onların elektron versiyaları ilə təminatı;

-        tələbələrin biliyinin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;

1.3      Ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməlidir.

 

 

2.Təhsil prosesinin tədris-metodiki təminatı

 

2.1 İstiqamətlər (ixtisaslar) üzrə tələbələrin təhsili Dövlət Təhsil Standartlarına müvafiq kredit sisteminə uyğunlaşdırılmış tədris planı və fənn proqramları əsasında həyata keçirilir. Ayrı-ayrı istiqamətlərin (ixtisasların) təhsil müddəti Dövlət təhsil standartları ilə müəyyənləşdirilir. Hər bir tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində altı həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər.

2.2 Kredit sistemində 4 formada tədris planlarından istifadə olunur:

-   İstiqamətin (ixtisasın) tədris planı (forma 1);

-   istiqamətin (ixtisasın) tədris planı və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış illik işçi tədris planları (forma 2);

-    istiqamətin (ixtisasın) tədrisi əsasında hazırlanmış tələbənin fərdi tədris planı (forma 3);

-    müəllimlərin tədris yükünü müəyyən edən müəllimlərin işçi tədris planları (forma 4);

2.3 Kredit sistemində semestrlər üzrə auditoriya dərsləri 15 həftə müəyyən olunur. Tələbənin həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya dərsləri 30 saatı aşmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 15 auditoriya və ya 22,5 ümumi (15 saat auditoriya –7,5 saat tələbənin sərbəst işi) saata bərabərdir. Tələbəyə mühazirə, seminar, laboratoriya və s. dərslərin hər bir növünün 1 (bir) saatına 0,5 saat auditoriyadan kənar sərbəst iş müəyyən olunur.

2.4 Buraxılış işlərinin hazırlanmasına və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə iki kreditə bərabərdir.

2.5 Tələbəyə hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə tələbəyə hər semestrdə (birinci tədris ili istisna olmaqla) cəmi 8 kreditdən çox olmamaq şərti ilə 1 və ya 2 fənn də seçməyə icazə verilir.

Tələbələrə yuxarıdan (müvəffəqiyyətlə təhsil alanlar üçün) və aşağıdan (kəsiri qalan tələbələr üçün) fənlər seçmək hüququ verilir.

Əlavə (yuxarıdan) fənlər almaq hüququna yalnız əvvəlki ildə akademik borcu olmayan və bütün fənlərdən orta göstəricisi 71-100 bal arasında olan tələbələr malikdirlər.

2.6  Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:

a) məcburi və ardıcıl öyrənilən fənlər qrupu;

b) məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər qrupu;

c) tələbələrin öz seçimi əsasında öyrənilən fənlər qrupu;

2.6.1  Bu qruplara baza təhsil proqramlarına daxil olan bütün fənn bölümlərindəki fənlər daxil edilə bilər.

2.6.2  «a», «b» və «c» fənn qrupları arasında dərs yükünün mütənasibliyi hər bir istiqamət (ixtisas) üzrə Dövlət Təhsil Standartlarının tələbləri gözlənilməklə ali məktəbin Elmi Şurası tərəfindən müəyyən olunur.

2.6.3      «a» qrupunun fənləri tələbənin kursunun, tədris birləşmə və qruplarının müəyyənləşdirilməsində əsas rol oynayır.

2.7    Kredit sistemi tətbiq olunan yaxın istiqamətlər (ixtisas) üzrə tədris planları hazırlanarkən onların maksimum şəkildə unifikasiyasına nail olunmalıdır.

2.8    Hər tədris ili üçün tələbələrin fərdi tədris planları hazırlanır. Tələbələrin fərdi tədris planları müəyyən olunmuş forma üzrə onların özləri tərəfindən tərtib olunur. Bu zaman tədris məsləhətçisinin (tyutor) köməyindən də istifadə oluna bilər. Tələbələrin fərdi tədris planları tərtib edilərkən ali məktəb tələbələrə həm fənn, həm də yüksək ixtisaslı müəllimlərin seçilməsində öz təkliflərini verir (müəllimlərin vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə). Həmin planlar təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada təsdiq olu­nur, onların bir nüsxəsi tələbədə, bir nüsxəsi (və ya elektron versiyası) isə fakültədə saxlanılır. Tələbələrin fərdi planları tərtib olunarkən nəzərə alınmalıdır ki, kreditlərin sayı semestr ərzində 38-i aşmamalıdır. Müəllimlərin illik dərs yükünün hesablanması üçün tutulan işçi tədris planı istiqamətlər (ixtisaslar) üzrə illik işçi tədris planlarının və tələbələrin fərdi planlarının təhlili əsasında hazırlanır.

2.9   Ali təhsil müəssisəsi bütün tədris prosesinin metodiki təminatına məsuliyyət daşıyır.Hər istiqamət (ixtisas) üzrə ali məktəb aşağıdakı sənədləri hazırlamalıdır:

- bütün fənlər üzrə proqramlar;

-   hər bir fənn üzrə tələbələrə mühazirə mətnləri, seminar məşğələlərin planları, dərslərin icmalları və s;

-   tələbənin biliyinə nəzarət üçün materiallar (yazılı yoxlama işləri, testlər və onların elektron versiyaları, hər bir fənn üzrə imtahan biletləri);

-   təcrübə işləri üçün materiallar (təcrübənin aparılması üçün plan və proqramlar, hesabatların hazırlanma forması).

 

 

3.Tələbələrin fərdi tədris planlarının tərtibi qaydası

 

3.1 Ali təhsil müəssisəsi tədris prosesini elə təşkil etməlidir ki, tələbəyə təhsil müddətində tədris planında müəyyən olunmuş krediti qazanmasına şərait yaradılsın.

3.2 Birinci kursa qəbul olunan tələbələr üçün fakültə tərəfindən fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-na qədər həmin fərdi tədris planını almalıdır. Növbəti tədris ilində tələbələr istiqamətin (ixtisasın) tədris planı əsasında öz fərdi tədris planını hazırlayır, lazımi hallarda tədris məsləhətçisi ilə bu bərədə məsləhətləşmələr aparır onu imzalayır, tarix qoyur və 25 iyun-10 iyul tarixə qədər fakültəyə təqdim edir. Bu tədris planlarına tələbə növbəti tədris ilinin sentyabrın 10-na qədər öz düzəlişlərini edə bilər.

3.3 Sonradan fərdi tədris planında dəyişiklik aparılmasına icazə verilmir. Yalnız payız semestrində akademik borcu qalanlar qış tətilinin ilk həftəsində fərdi tədris planlarında müvafiq düzəlişlər edə bilərlər.

3.4 Fənnin tədrisi bütün növlər üzrə (mühazirə, məşğələ, seminar, laboratoriya dərsləri və s.) bir qayda olaraq eyni bir müəllim tərəfindən aparılır. Dil dərslərinin tədrisi, qrafik işlərlə bağlı məşğələlər və laboratoriya dərslərində qruplarda tələbələrin sayı mövcud normativlərə uyğun müəyyənləşdirilir və bu işə müstəsna hallarda assistent müəllimlər də cəlb oluna bilərlər.

3.5 Ali təhsil müəssisəsi öz iqtisadi və təşkilati imkanlarını nəzərə alaraq hər bir fənnin tədrisinə başlanması üçün mövcud normalar gözənilməklə tələbələrin minimal sa­yını və hər bir müəllim üçün tədris qrupunda olan tələbələrin maksimal sayını müəyyənləşdirir. Əgər hər hansı bir fənn üzrə müəyyən olunmuş sayda tələbə yığılmayıbsa həmin fənn işçi tədris planına daxil edilmir və bu barədə tələbələrə məlumat verilir. Həmin fənnə yazılmış tələbələr öz fərdi planlarında müvafiq dəyişikliklər aparır və bu haqda dekanlığa məlumat verir.

3.6   Bir müəllimi seçənlərin sayı müəyyən olunmuş maksimum həddən çox olarsa ali təhsil müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edilir. Tələbələr qruplar üzrə siyahısının ardıcıllığına görə bölünürlər. Bu qruplar təşkil olunarkən tələbələrin fərdi tədris planlarına müvafiq olaraq müxtəlif kurslarda təhsil alan tələbələr daxil edilə bilər.

3.7   Növbəti tədris ilində tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etməyibsə, onun növbəti kursda təhsili ali məktəb üzrə həmin kurs üçün qəbul olunmuş işçi tədris planına uyğun müəyyən edilir.

3.8   Ali məktəb növbəti tədris ili üçün işçi tədris planlarını və dərs cədvəlini tələbələrin fərdi tədris planlarının təhlili nəticəsində tərtib edir.

 

 

4.Fənnin mənimsənilməsinin nəzarət sistemləri

 

4.1  Tələbələrin biliyinin attestasiyası Təhsil Nazirliyinin 15.05.2003-cü il tarixli 420 saylı əmri ilə təsdiq olunmuş «Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə»yə uyğun təşkil edilir.

4.2  Bütün hallarda tələbə hər bir fənn üzrə auditoriya dərslərinin 30 %-dən çoxunda iştirak etmədiyi halda o, həmin fəndən imtahana buraxılmır.

4.3   Üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır.

4.4   Növbəti tədris ili üçün tələbənin fərdi tədris planları tərtib olunarkən buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilirlər.

4.5   Tələbə ali təhsil müəssisəsinin daxili intizam qaydalarını pozduğu halda ali məktəbdən xaric olunur.

4.6   «c» qrupuna daxil olan fənlərdən tələbə müəyyən olunmuş krediti yığa bilmədiyi halda növbəti tədris ilində o həmin fənni fərdi tədris planına daxil etməlidir. Əgər tədris qrupu yığılmazsa onda tələbə «c» qrupuna daxil olan digər fənn seçə bilər.

4.7   Akademik borcu qalan tələbələrə həmin fəndən krediti qazanmaq üçün yay semestri təşkil oluna bilər. Yay semestri və imtahanlar növbəti tədris ilinə (sentyabrın 10-a) qədər başa çatdırılır.

4.8   Tələbə fənni ikinci dəfə götürdüyü zaman həmin fəndən dərslərdə iştirak etməlidir. Bu zaman əsasnamənin 4.2 bəndinin tələbləri gözlənilməlidir.

4.9   Tələbə ali məktəbi bitirmək üçün tələb olunan kreditləri 7 ilə toplaya bilmədiyi halda o, məzmununda ciddi dəyişikliklər olunan bəzi ümumpeşə və ixtisas fənlərindən əvvəllər qazandığı krediti itirir və həmin krediti bu əsasnamənin tələblərinə uyğun yenidən yığmalıdır. Bu fənlər ali məktəb tərəfindən müəyyənləşdirilir.

4.10  İstiqamətdən (ixtisasdan) asılı olaraq tələbələrə təhsil müddətində 200-250 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığıl­ması məcburidir.

4.11  Tələbə Dövlət Təhsil Standartları ilə müəyyən olumuş müddətdə tələb olunan krediti yığa bilmədiyi halda o, tələbələr üçün müəyyənləşdirilmiş imtiyazları (həqiqi hərbi xidmətdən möhlət və dövlət hesabına təhsil almaq hüquqlarını) itirir. Lakin təhsilini ödənişli əsaslarla davam etdirə bilər.

 

 

5.Kredit sistemi ilə təhsil alan tələbələrin hüquq və vəzifələri

 

5.1 Tələbələr ali təhsil müəssisəsində kredit sisteminin tətbiqi ilə bağlı qaydalarla və tədris prosesinin təşkili barədə bu əsasnamə ilə tanış olmaq hüququna malikdirlər.

5.2 Tələbələr fərdi tədris planlarını müəyyənləşdirərək bu əsasnamənin qaydalarına riayət etməlidirlər.

5.3 Təhsil zamanı tələbə fərdi tədris planına ciddi riayət etməklə tədris olunan fənləri mənimsəməyə borcludur.

 

 

6.Tədris məsləhətçilər (tyutorlar) xidməti

 

6.1 Kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərmək məqsədi ilə ali təhsil müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur.

6.2 Tyutor xidmətinin fakültə dekanlarının nəzdində yaradılması məqsədəmüvafiq­dir. Tyutorların sayı təhsil alan tələbələrin sayı ilə müəyyənləşdirilir (hər 100 tələbəyə 1 tyutor).

6.3   Bir tyutor öz işini bir qayda olaraq bir istiqamət (ixtisas) çərçivəsində hə­yata keçirir və tələbələrə birinci kursdan buraxılışadək xidmət göstrəir.

6.4   Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslərdən seçilir.

6.5  Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur.

6.6  Tyutorların funksional vəzifələri:

6.6.1  Tyutorlar tələbələrin akademik maraqlarını qoruyur və müdafiə edirlər.

6.6.2  Tyutorlar tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər.

6.6.3  Tələbələrin fərdi və işçi planlarının tərtibi üçün tyutorlar onlara qrup və fərdi məsləhətlər verirlər.

6.6.4  Tyutorlar il ərzində müntəzəm olaraq akademik məsləhətlər təşkil edirlər.

6.6.5  Tyutorlar müəyyən olunmuş müddətdə tələbələrin fərdi planlarının qəbulunu təşkil edir və istiqamətlər (ixtisaslar) üzrə işçi plalarının tərtibində iştirak edirlər.

6.6.6  Tyutorlar tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər.

6.6.7  Tyutorlar istiqamət (ixtisaslar) üzrə təhsil almaq üçün lazım olan bütün metodik materialların vaxtında hazırlanmasına və mövcudluğuna nəzarət etmək hüququna malikdirlər.

6.6.8  Tyutorlar tələbələrin fənlər üzrə attestasiyalarının keçirilməsinə nəzarət edir və ali məktəbin rəhbərliyi tərəfindən təşkil olunan nəzarət komissiyalarının işində iştirak edə bilərlər.

Azərbaycan Respublikası Təhsil Nazirinin

1060saylı 11.09.2008-ci il tarixli

əmri ilə təsdiq  olunmuşdur

 

 

 

 

Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında

ƏSASNAMƏ

 

1. Ümumi anlayış

 

Biliyin qiymətləndirilməsinin çoxballı sistemi tələbələrin tədris fəaliyyəti nəticəsində fənnin öyrənilməsində  əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsinin yeni mexanizmidir. Bu sistem tələbəyə fərdi yanaşmanı təmin etməklə onun tədris prosesindəki fəaliyyətinin aşağıda göstərilən əsas istiqamətlərini əhatə edir:

-   Mühazirə, seminar (məşğələ), laboratoriya dərslərinə davamiyyətini;

-   Seminar (məşğələ) dərslərində müxtəlif formalı yoxlamalar (frontal sorğular kollokviumlar, praktiki məsələlərin həlli və s.) əsasında bilik səviyyəsinin qiymətləndirilməsini;

-   laboratoriya işlərinin yerinə yetirilməsini;

-   kurs işinin (layihəsi) yazılması, mövcud standartlara uyğun tərtibi və onların müdafiəsini;

-   təcrübələrin nəticələrini;

-   fənlər üzrə imtahanların nəticələrini;

-   buraxılış işlərinin müdafiəsini və buraxılış dövlət imtahanların nəticəsini;

Tələbənin fənn üzrə toplaya biləcəyi balın maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı semestr ərzindəki fəaliyyətə, digər yarısı isə imtahanın nəticələrinə görə toplanır.

Balların maksimum miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:

- 50 bal imtahanın nəticəsinə görə;

- 10 bal dərslərə davamiyyətinə görə;

- 10 bal tələbənin sərbəst işinə görə;

- 20 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinin nəticələrinə görə;

(Eyni fəndən həm seminar (məşğələ), həm də laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır).

- 10 bal kurs işinin hazırlanmasına və müdafiəsinə görə;

(Fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinə əlavə olunur. Texniki profili ali məktəblərdə seminar və kurs işinə görə balların bölünməsi ali məktəb tərəfindən müəyyənləşdirilir.

Əgər fənnin tədrisi yalnız mühazirə, seminar (məşğələ) şəklində nəzərdə tutularsa bu zaman davamiyyətə və sərbəst işə ayrılmış ballar istisna olmaqla qalan 30 bal tədrisin bu növ göstəricilərinə  görə hesablanır.

Qrup jurnalında dərsdə iştirak etməyən tələbələrə həmin saata «q/b» sorğulara cavab verənlərə müvafiq «bal», dərsdə iştirak edən, lakin qiymət almayanlara isə «i/e» yazılmalıdır.

Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:

- 51 baldan aşağı   -        «qeyri-kafi»;            - F

- 51-60 bal -                   «qənaətbəxş»        - E

- 61-70 -                         «kafi»                 - D

- 71-80 -                         «yaxşı»               - C

- 81-90 -                         «çox yaxşı»         - B

- 91-100 -                       «əla»                  - A

İmtahan vərəqələrində, tələbələrin qiymət kitabçalarında, diplomlara əlavələrdə və digər  sənədlərdə tələbələrin fənlər üzrə qazandıqları ballar və onların hərf işarələri qeyd olunmalıdır.

Tələbənin biliyinin qiymətləndirilməsi üçün imtahanlar bir qayda olaraq yazılı şəkildə aparılır. Bəzi  fənlərin (mədəniyyət, incəsənət, idman və s.) xüsusiyyətlərindən asılı olaraq nəzəri suallarla  yanaşı ixtisas üzrə qabiliyyət tələb edən tapşırıqlar da imtahan suallarına əlavə edilə bilər.

Fənni tədris edən müəllim tələbələrə ilk gündən çoxballı sistemin əhəmiyyətini, onların tədris fəaliyyətinin müxtəlif növlərinin hansı ballarla qiymətləndirilməsini, imtahanların aparılma qaydasını izah etməlidir.

 

2. İmtahan sessiyasının təşkili və keçirilməsi qaydaları

 

İmtahanların gedişi və təşkili «Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə» və «Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında Əsasnamə»lərlə tənzimlənir

 

3.İmtahana görə balların yığılması

 

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

İmtahanın qiymət meyarları aşağıdakılardır:

-  10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;

- 9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir;

- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

- 7 bal - tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir;

- 6 bal - tələbənin cavabı əsasən düzgündür;

- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;

- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;

- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır;

- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var;

- 0 bal - suala cavab yoxdur.

Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təq­dirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində top­ladığı bala əlavə olunmur. Tələbələrin imtahan-yazı işləri fənnin tədrisi başa çatdıqdan sonra bir semestr saxlanılır.

 

4. Fənn üzrə dərslərə davamiyyətə görə balların hesablanması

 

Dərsdə davamiyyətə görə verilən maksimum bal 10-dur.

Balın miqdarı aşağıdakı kimi müəyyənləşdirilir:

- tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir;

- semestr ərzində fənnin tədrisinə ayrılan saatların hər buraxılan 10%-nə 1 bal çıxılır;

- bütün fənlər üzrə semestr ərzində buraxılmış dərs saatlarının ümumi sayı normativ sənədlərdə

(əsasnamələrdə) müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə imtahan sessiyasına

buraxılmır və onun haqqında müvafiq qərar qəbul edilir.

 

5. Tələbəyə fənlər üzrə sərbəst işə görə balların müəyyənləşdirilməsi

 

Ayrı-ayrı fənlər üzrə tələbəyə sərbəst işə görə verilən balının maksimum həddi 10-dur. Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Sərbəst işlərin tapşırıqları müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar və s.) ola bilər.

Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir. Hər bir tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir. Tapşırıqların yoxlanılması və qəbulu müəllim tərəfindən dərsdən kənar vaxtda həyata keçirilir.

 

6. Seminar (məşğələ) və laboratoriya dərslərinin nəticələrinə görə balın müəyyənləşdirilməsi

 

Fənlər üzrə seminar (məşğələ) və laboratoriya dərsləri tələbələr tərəfindən keçilən nəzəri dərslərin mənimsənilməsini asanlaşdırmaq və praktik məsələlərin həllində vərdiş aşılamaq məqsədini daşıyır və bu növ tapşırıqların yerinə yetirilməsinə verilən balların maksimum həddi 20-dir.

Eyni fəndən həm seminar (məşğələ), həm də laboratoriya dərsləri nəzərdə tutulduğu halda onların hər birinə 10 bal ayrılır.

Fənn üzrə kurs işi (layihəsi) nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinə əlavə olunur.

 

6.1. Seminar (məşğələ) dərslərinin nəticələrinə görə balların hesablanması

Seminar (məşğələ) dərslərində tələbənin jurnalda ən azı 3 (üç) dəfə qiyməti (kollokviumlar, frontal sorğular, praktiki məsələnin həlli və s.-dən) olduğu halda ona tədrisin bu növü üzrə ballar hesablanır. Əks təqdirdə ona bal ayrılmır.

Semestr ərzində 3 dəfə kollokviumların keçirilməsi məcburidir. Kollokviumda iştirak etməyən tələbəyə «0» sıfır bal yazılır.

Seminar (məşğələ) dərslərinə görə tələbələrin biliyinin qiymətləndirilməsi semestr ərzində aparılan frontal sorğuların, kollokviumların və.s nəticələrinə görə müəllim tərəfindən 3-cü bənddə göstərilən meyarlar əsasında müəyyənləşdirilir və jurnalda aşağıdakı kimi qeyd olunur:

«10» - on

«9» - doqquz

«8» - səkkiz

«7» - yeddi

«6» - altı

«5» - beş

«4» - dörd

«3» - üç

«2» - iki

«1» - bir

«0» - sıfır

Jurnaldakı ballara əsasən müəllim xüsusi cədvəldə tələbənin fəaliyyətinin nəticəsini qiymətləndirir və ümumiləşdirmək üçün dekanlığa təhvil verir.

Tələbənin semestr ərzində topladığı balların orta qiyməti hesablanır və fənnin tədrisinin bu növü üçün nəzərdə tutulmuş maksimum bal həddinə vurularaq 10-a bölünməklə müəyyənləşdirilir.

Jurnalında tələbənin üç dəfədən az qiyməti olmasına və cədvəldə qeyd olunan yekun balı ilə qrup jurnalında göstərilən cari yoxlama ballarının arasındakı uyğunsuzluğa görə fənnin bu növünü tədris edən müəllim məsuliyyət daşıyır.

 

6.2. Laboratoriya dərslərinə görə balların hesablanması

 

Cari dərsdə yerinə yetirilən laboratoriya işi növbəti dərsə qədər (və ya növbəti dərsin özündə) təhvil verilir və müəllim bu barədə jurnalda müvafiq qeydiyyat aparır. Yekun bal semestr ərzində tələbənin təhvil verdiyi işlərin sayının cəmi nəzərdə tutulmuş laboratoriya işlərinin ümumi sayına nisbətini fənnin tədrisinin bu növünə ayrılmış maksimum bala vurmaqla hesablanır.

 

7. Kurs işinin (layihəsinin) yerinə yetirilməsinə

görə balların hesablanması

 

Kurs işinin (layihəsinin) yazılması və müdafiəsi tələbənin müstəqil işinin əsas formalarından biri olub kursun proqramı üzrə tədris materialının mənimsənilməsinə nəzarət vasitəsidir. Kurs işlərinin mövzuları kafedra tərəfindən hazırlanır və semestrin əvvəlində ən geci 15 gün müddətində tələbələrə paylanır. Kurs işi tələbənin fərdi əməyinin nəticəsidir və əsas etibarilə standart məsələlərin həllinə həsr olunur. Bəzi hallarda kurs işləri elmi tədqiqat xarakteri daşıya bilər. Kurs işi mövcud standartlara cavab verməli və strukturu aşağıdakı kimi olmalıdır:

- Giriş;

- Mövzunun əsas məsələlərinin həlli (şərhi);

- Nəticə (təklifləri);

- İstifadə olunan ədəbiyyatın siyahısı;

- Kurs işinin müdafiəsi üçün tələbə maksimum 10 bal qazana bilər. Bu balların hesablanması aşağıdakı meyarlar əsasında müəyyənləşdirilir:

- 10 bal-tələbə mövzunu tam əhatə edir, iş düzgün tərtib edilib, müdafiə zamanı onun cavabı dəqiqdir və hərtərəflidir;

- 9 bal-tələbə mövzunu tam əhatə edir, iş düzgün tərtib edilib, müdafiə zamanı onun cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir;

- 8 bal-tələbə mövzunu tam əhatə edir, iş düzgün tərtib edilib, müdafiə zamanı o, cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;

- 7 bal-tələbə mövzunu tam əhatə edir, işin tərtibində qüsurlara yol verilib, lakin müdafiə zamanı onun cavabı dəqiq və hərtərəflidir;

- 6 bal-tələbə mövzunu əhatə edir, işin tərtibində qüsurlara yol verilib, müdafiə zamanı bəzi məsələləri nəzəri cəhətdən əsaslandıra bilmir;

- 5 bal-tələbə mövzunu əhatə edir, işin tərtibində qüsurlara yol verilib, müdafiə zamanı cavabları dəqiq deyil;

- 4 bal-tələbə mövzunu işləyərkən səhvlərə yol verir, lakin müdafiə zamanı mövzunu aça bilir;

- 3 bal-tələbə mövzunu işləyərkən səhvlərə yol verir, müdafiə zamanı mövzunu açmaqda çətinlik çəkir;

- 2 bal-tələbə mövzunu işləyərkən səhvlərə yol verir, müdafiə zamanı isə mövzunu aça bilmir;

- 1 bal tələbə mövzunu işləyərkən səhvlərə yol verir və müdafiə zamanı isə mövzudan qismən xəbəri olur;

-0 bal-tələbə tərəfindən kurs işi yazılmayıb.

Kurs işləri (layihələrinin) müdafiəsi ali məktəbin müəyyən etdiyi qaydada həyata keçirilir.

Fənn üzrə kurs işi nəzərdə tutulmayıbsa, ona ayrılan 10 bal seminar (məşğələ) və ya laboratoriya dərslərinə əlavə olunur.

 

8. Təcrübələrin nəticələrinə görə balların hesablanması

 

Tədris planında nəzərdə tutulmuş təcrübənin nəticələrinə görə balların yarısı təcrübəyə davamiyyətinə görə, digər yarısı isə təcrübə üzrə hesabatın hazırlanması və müvafiq qaydada müdafiəsinə görə verilir.

Təcrübəyə davamiyyətinə görə tələbənin topladığı yekun bal tələbənin təcrübədə iştirak etdiyi saatların miqdarının davamiyyətə ayrılan maksimum (50 bal) vurularaq və təcrübəyə ayrılmış saatların miqdarına bölünməklə hesablanır.

Təcrübəyə görə tələbənin yekun balının hesablanması meyarları və metodikası ali məktəb tərəfindən müəyyənləşdirilir.

 

9. Buraxılış işlərinin müdafiəsinə və buraxılış dövlət imtahanının

nəticəsinə görə balların hesablanması

 

Buraxılış işinin yazılması və müdafiəsinə görə tələbənin toplaya biləcəyi balların maksimum miqdarı 100-ə bərabərdir. Bu balların yarısı buraxılış işinin hazırlanması və tərtibinə, digər yarısı isə Dövlət Attestasiya Komissiyası qarşısında müdafiəsinə görə verilir.

Buraxılış işinin yazılması və müdafiəsinə görə balların hesablanması meyarları ali məktəbin Elm Şurası tərəfindən təsdiq edilir.

Buraxılış işinin müdafiəsi mövcud qaydalara uyğun aparılır.

 

10. Tələbələrin nailiyyətlərinin cari və yekun qiymətləndirilməsi

 

Tələbələrin tədris fəaliyyətini fəallaşdırmaq, onlar üçün özünənəzarət mexanizmini yaratmaq və tədrisdə əldə olunmuş nailiyyətlərini qiymətləndirmək məqsədilə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) tətbiq edilir.

Ümumi orta müvəffəqiyyət göstəricisi fənlər üzrə toplanan balların həmin fənnə görə qazanılan  kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdirilir:

 

 

b1+k1*+b2k2*+b3k3*+... +bnkn*

 

k1+k2+k3+... +kn

 

b1,b2,…,bn - tələbənin fənlər üzrə yığdığı ballar

k1,k2,…,kn - fənlərə tədris planında nəzərdə tutulan müvafiq kreditlər

k1*, k2*,..., k3* - fənlər üzrə qazanılmış kreditlər (əgər tələbə imtahandan mü­vəffəq qiymət almazsa o, krediti qazanmamış hesab edilir və bu əmsal «0» sıfr olur)

ÜOMG semestrlər üzrə artan istiqamətdə hesablanır (bir semestrin, iki semestrin, üç semestrin və s.).

ÜOMG tələbənin istiqamət (ixtisas) üzrə təhsil proqramının mənimsəmə səviyyəsinin əsas  göstəricisidir. Hər semestrin axırında tələbə öz cari müvəffəqiyyətini qiymətləndirir və onu daha yüksək səviyyəyə qaldırmaq üçün gələcək tədris fəaliyyətini müəyyənləşdirir.

Yüksək ÜOMG-si («çox yaxşı» və «əla») olan tələbələr rektorun rəğbətləndirilmə siyahısına daxil edilir. Üç dəfə həmin siyahıya düşən tələbələr lider-tələbə hesab olunurlar və onlar ali təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş qaydada rəğbətləndirilirlər.

ÜOMG diploma əlavəyə daxil edilir və bu göstərici işə götürənlər üçün əsas meyarlardan biri ola  bilər.

 

Azərbaycan Respublikası Təhsil Nazirinin

1059 saylı 11.09.2008-ci il tarixli

əmri ilə təsdiq  olunmuşdur

 

 

Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında

ƏSASNAMƏ

 

1.Fənn üzrə imtahan tələbənin semestr ərzində aldığı nəzəri biliklərin mənimsəmə səviyyəsini, təfəkkürünün inkişafını, sərbəst işləmə bacarığını, təcrübi məsələlərin həllində həmin biliklərdən istifadə etmək qabiliyyətini müəyyənləşdirmək və qiymətləndirmək üçün nəzərdə tutulur.

2.İmtahan sessiyaları bir qayda olaraq tədris ili ərzində iki dəfə (qış, yaz) tədris planları ilə müəyyən olunmuş vaxtda keçirilir. Yay semestri təşkil olunduğu halda əlavə olaraq yay imtahan sessiyası (yay) da keçirilir.

3.Fənlər üzrə imtahanlar bu əsasnaməyə və «Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə»yə uyğun ali təhsil müəssisələri tərəfindən həyata keçirilir.

4.İmtahan sessiyaları tərtib olunmuş cədvəl üzrə həyata keçirilir. Cədvəl fakültə tərəfindən tədris planlarına əsasən tərtib edilir və sessiyaya ən azı 15 gün qalmış rektor və ya prorektor tərəfindən təsdiq olunur. Hər bir imtahana hazırlaşmaq üçün tələbələrə 2 gündən az olmayaraq vaxt ayrılır.

5.Tələbə imtahana qiymət kitabçası ilə buraxılır.

6.İmtahanların aparılmasında nizam-intizama və eləcə də, onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllim ilə birlikdə həmin fənn üzrə mütəxəssis olmayan iki nəfər nəzarətçi təyin edilir.

7.Kənar şəxslərin (rektorluğun nümayəndəsindən başqa) imtahan keçirilən auditoriyaya daxil olmasına icazə verilmir.

8.İmtahanlarda tələbənin biliyinin qiymətləndirilməsi imtahan biletləri (və ya testlər) əsasında həyata keçirilir. İmtahan biletləri «Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə»yə uyğun tərtib edilir.

9.İmtahanın gedişində tələbəyə icazə verilmir:

- digər tələbələrlə danışmaq, onlara mane olmaq, imtahanda səs salmaq;

- kitabdan, mühazirə konspektlərindən və digər icazə verilməyən materiallardan istifadə etmək və köçürmək;

- imtahan biletini və cavab blanklarını təhvil vermədən imtahandan çıxmaq.

10. Bu əsasnamənin 9-cu bəndində göstərilən qaydalara əməl etməyən tələbə imtahandan xaric edilir və imtahanın nəticəsinə görə ona «0» -»sıfır» bal müəyyənləşdirilir.

11.İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra tələbələrdən cavab blank­ları yığılır, ali məktəbin rəhbərliyi tərəfindən müəyyən edilmiş şəxs tərəfindən kodlaşdırılır və fənni tədris edən müəllim tərəfindən yoxlanılaraq qiymətləndirilir. Zərurət olduğu halda yoxlamaya kafedranın digər müəllimləri də cəlb oluna bilərlər.

12.İmtahanların nəticələri imtahan vərəqəsində və tələbənin qiymət kitabçasında qeyd olunur. Fənlər üzrə imtahan vərəqələri sessiyanın başlanğıcına ən azı iki həftə qalmış dekanlıq tərəfindən hazırlanır və imtahan günü müəllimə təqdim olunur. İmtahan vərəqəsi imtahan başa çatdıqdan sonra müəllim tərəfindən müvafiq qaydada doldurularaq fakültə dekanlığına təhvil verilir. İmtahan vərəqəsinə tələbələrin imtahandan aldığı qiymət (ballar və onların hərfi işarələri göstərilməklə), iştirak etməyən tələbəyə isə «gəlmədi» yazılır.

13.Tələbənin fənn üzrə semetsr ərzində və imtahanda toplanan balları cəmlənir və dekanlıq tərəfindən yekun bal müəyyənləşdirilir. Nəticələr imtahan verilən gün (müstəsna hallarda növbəti iş günü) tələbələrə elan edilir. Tələbənin fənn üzrə aldığı müsbət qiymət (ballar və onların hərfi işarələri) eyni zamanda onun qiymət kitabçasına da yazılır.

14.Sessiyanın sonunadək imtahana gəlməyən tələbə dekanlığa onun səbəbi haqqında rəsmi məlumat verməlidir. Üzrlü səbəbdən imtahana gəlməyən tələbəyə həmin fəndən imtahan vermək üçün mövcud qaydada növbəti semestrin başlanğıcına qədər bir dəfə şərait yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbəyə həmin fəndən imtahanın nəticəsi «qeyri-kafi» kimi sayılır.

15.İmtahanlardan qeyri-müvəffəq qiymət alan tələbələr yalnız həmin fənni təkrar dinlədikdən sonra növbəti dəfə imtahan verə bilərlər.

16.İmtahanlar zamanı baş verə biləcək münaqişələri aradan qaldırmaq üçün ali təhsil müəssisəsi tərəfindən imtahan sessiyası başlananadək apelyasiya komissiyası yaradılır. Apelyasiya komissiyasına ilkin yoxlamanın nəticələrinə düzəliş etmək səlahiyyəti verilir.

17.Tələbə ona verilən qiymətdən razı olmadığı halda həmin gün apelyasiya komissiyasının sədrinə əsaslandırılmış ərizə ilə müraciət edə bilər. Sədr tələbənin cavab blankının yenidən yoxlanılmasını təşkil edir.

18.Üzrsüz səbəbdən semestr müddətində tədris olunan bütün fənlərə ayrılmış ümumi saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə ali məktəbin daxili intizam qaydalarını pozmuş hesab edilir və buna görə də tələbələr sırasından xaric olunur.

Fənn üzrə ayrılmış bütün saatların 30 %-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

19.Ali təhsil müəssisələrinin axşam və qiyabi şöbələrində təhsil alan tələbələrə imtahan sessiyası başlanana qədər müəyyən olunmuş forma üzrə arayış-çağırış göndərilir. Arayış-çağırışların tələbələrə çatdırılmasına, eləcə də onların imtahanlara gəlmələrinə fakültə dekanlığı nəzarət edir.

20.Fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müvəffəq qiymət almış qiyabi və axşam şöbələrində təhsil alan tələbələrə əmək qanunvericiliyinə uyğun olaraq ödənişli məzuniyyət verilir.

the weeks of pregnancy how long can you wait to get an abortion abortion pills online
hiv symptoms in women hiv and aids prevention national aids day
spyware app searchengineoptimization-seo.net text monitoring software
i had a dream my girlfriend cheated on me site i want my girlfriend to cheat


Başa dön