Mədəni Həyat

Bədii yaradıcılıq studiyası

 

Ali məktəblərdə tələbə gənclərin müstəqil əmək fəaliyyətinə hazırlanmasında, elmi, etik-estetik görüşlərinin formalaşmasında auditoriyadankənar məşğələlərin geniş imkanları var. Məhz bu məşğələlər vasitəsilə tələbələrin təşəbbüskarlığı, yaradıcılıq qabiliy­yətləri daha da inkişaf etdirilir və formalaşdırılır.

Seminariya təşkil olunduğu vaxtdan bu məqsədlə müvafiq tədbirlər planlaşdırılmış və həyata keçirilir. Tələbələrin bədii yaradıcılıq qabiliyyətlərinə baxışların keçirilməsi, tarixi günlərin və bayramların qeyd olunması, görkəmli elm-maarif xadimləri, sənət adamları ilə görüşlərin təşkili seminariyada ənənə şəklini almışdır. Həmin tədbirlərin daha maraqlı, məzmunlu alınmasında 1994-cü ildən fəaliyyətə başlayan “Bədii yaradıcılıq studiyası”nın mühüm rolu olmuşdur. Studiyada aşağıdakı istiqamətlərdə işlər aparılır:

-     Azərbaycanın klassik və müasir şairlərinin lirik əsərlərinin bədii ifadəsi;

-     Yeni yazmağa başlayan tələbə şairlərin şeirlərinin dinlənilməsi və müvafiq tövsiyələrin verilməsi;

-     Musiqi və poeziya nümunələrindən vəhdətdə istifadə edilməsi;

-     Tarixi günlərin və bayramların, habelə görkəmli elm və sənət adamlarının yubileylərinin keçirilməsi;

-     Müxtəlif mövzularda ədəbi-bədii kompozisiyaların hazırlanması və ifası;

-     Şair və yazıçılarla, əmək və müharibə veteranlarıilə, bəstəkar və alimlər ilə görüşlər.

Bu işlərin hamısı studiyanın tərkibində fəaliyyət göstərən aşağıdakı dərnəklər və klublar vasitəsilə həyata keçirilir:

-     Bədii qiraət və bədii ifaçılıq dərnəyi;

-     Gənc yazarlar və “Humay” poeziya dərnəyi;

-     “Gənc psixoloq” dərnəyi

-      Xor dərnəyi;

-     Rəqs dərnəyi;

-     Dram dərnəyi;

-     ədəbi-bədii kompozisiyaların hazırlanması və ifaçılığı dərnəyi;

-     maraqlı görüşlər klubu;

- şən və hazırcavablar klubu. 



Başa dön