Pic

Pedaqoji elmlər doktoru, professor, nasir və dramaturq Ağarəhim Nüsrət oğlu Rəhimov 26 oktyabr 1948-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olub. 1965-ci ildə Boyat kənd orta məktəbini, 1972-ciildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. 1972-ci ildə doğma kəndində müəllim, 1972-1974-cü illərdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, 1985-ci ildə şöbə müdiri olub. 1985-ci ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyaları müdafiə edib.

1992-ciildə Bakı Ali Pedaqoji Qızlar Seminariyasını (Qızlar Universitetini) təsis edib. Həmin ildən onun rektorudur. Ailə­lidir, 3 qızı, 1 oğlu vardır.

A.N.Rəhimovun elmi fəaliyyəti anadili tədrisinin aktual problemlərinə həsr olunub. Onun 300-dən artıq elmi məqalənin, Rus uşaq bağçalarında Azərbaycan dilinin öyrənilməsinə və Azərbaycan ümumtəhsil məktəblərinin ibtidai siniflərində və eləcə də pedaqoji təmayüllü ali təhsil müəssisələrində ana dilinin tədrisinə dair xeyli proqramın müəllifidir. Alimin hazırda 46 adda kitab və kitabçası vardır. O cümlədən IV sinif üçün "Azərbaycan dili", ali pedaqoji məktəblərin pedaqoji fa­kültələri üçün "Ana dilinin tədrisi metodikası" dərslikləri, "Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri və praktiki əsasları", "İbtidai siniflərdə oxu təlimi", “Azərbaycan dili dərslərində şagirdlərin monoloji nitqinin inkişafı”, “Şagirdlərin obrazlı nitqinin inkişafı”… monoqrafiyaları çap olunub.

A.N.Rəhimov uzun müddət ixtisaslaşdırılmış Müdafıə Şuralarının üzvü olub, dörd pedaqogika üzrə fəlsəfə doktorunа elmi rəhbərlik, xeyli sayda namizədlik və doktorluq dissertasiyalarına opponentlik edib. Alimin pedaqoji elmlər sahəsində magistr və doktorantların hazırlanmasında böyük əməyi olmuşdur. A.N.Rəhimov yüksək elmi-təşkilati fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanlarını, Qabaqcıl Təhsil işçisi medalını alıb. Azərbaycan Yazıçılar Bìrlìyìnìn üzvü, “Qızıl Qələm”, “Qızıl ürək” mükafatlarının laureatıdır.

A.N.Rəhi­mov etìk fəlsəfə sahəsìndə “Allah­la ünsìyyət“, “Ölüm və ölməzlìk“, “Zəka sìmfonìyası”, “Qüdrətdən doğan nur” kitablarının “Düşüncələr”, “Portiret-oçerklər” və fəlsəfi-əxlaqi esselərin müəllifidir.

A.N.Rəhimov istedadli nasir və drama­turqdur. Yazıçı hekayə, povest, roman, esse, pyes və kinossenarilərdən ibarət 37 bədii kìtabın müəlifidir. 20 cilddə seçilmiş əsərlərini çap etdirib. Sənətkarın “Hikkəbaz Gülsənəm”, “Bu ki komediyadır”, “Əcəb işə düşdük”, “Toy əhvalatı”, “Canavar balası”, “Molla-aşıq Məməti” və s. 204 adda hekayələri, “Gəlìn­qayada qoşa məzar“, “Ulu kəndìm“, “Fırıldaqçı Nìftulla”, “Mənim qəribə taleyim”, “Taleyin hökmü”, “Bank əməliyyatı”, “Əcəl təri”, “Meteor parçası”, “General”... “Kövrək qəlbin titrəyişləri”, 20 adda povesti, “Yaddaşda yaşar xatirələr”, “Ovlaq keçidi”, “İkìlì dünyam”, “Qoşa qanad”, “Səfalət”, “Gìr­dab”, “Cinayət və etiraf”, “Təxribat”, “Mürdəşirlər adası”, “Duyğuların kabusu”, “Tənha cinarın pıçıltıları”, “İmtina” və s. 12 adda romanı, “Əl əlì yuyar”, “Məhəbbət və cìnayət”, “Xəyanət”, “Haray”, “Maska”, “Nə tökərsən aşına”, “Qatillər”, “Vicdan məhkəməsi”, “Əcaib macəranın nadürüsttipləri”, “İstintaq yekunlaşdı”, “Dünyanın beş günü”, “Daşqala əməliyyatı”, “Düdəməli qalmaqalı”, “Qatı cinayətkarlar”, “Qadın hikkəsi”, “İblisin oyunu”, “Xəcalət”, “Cələkəsənlər”, “Şərikli uşaq”, “Namərd körpüsü”, “Əsgər anası”, “Xanımın desant batalyonu”, “Qızıl əllər” və c. 34 adda pyesi və “Dəlinin yaddaş xəritəsi” minatürləri kitabı oxucuların dərin rəğbətini qazanıb. A.N.Rəhimov “Canavar balası”, “Qırmızı qar”, “Bazar həngaməsı”, “Ala qarğa”, “Quzğun”, “Qana qan”, “Hörümcək toru”, “Uçurum”, “Qəzəb”... 10 adda kinossenarisi, çox bölümlü “Bazar həngaməsi”, “Kələkbazlar”, “Kabus” “Sevgi axtarişları” seriyalları tamaşaçı və oxuculara yaxsı tanışdır. O, “Duyumlar və deyimlər” müdrük kəlamların, portret-oçerklərin və neçə-neçə müsahibələrin müəllifidir.A.N.Rəhimovun “Əsgər anası”, “Məhəbbət və cìnayət”, “Pul hərisləri” əsərləri tamaşaya qoyulub, “Canavar balası“ və “Qırmızı qar“ əsərlərì əsasında film çəkilib. 

Rus və ingilis dillərində hekayə, povest, roman və etik-fəlsəfi esselərindən ibarət “Modern Azerbaijanian Prose”, “Anxieties of the sensitive heart”, “Stories”, “Short stories”, “Shine fromthe Creator” və “Мать солдата» kitabları xaricdə çap edilib.

A.N.Rəhimovun bədii yaradıcılığı əsasında “Məni duyan gərəkdi”, “Sözün divanı və vətəndaş yanğısı”, “Sənət və şəxsiyyət”, “Kökün və sözün yaddaşı”, “Bir nəsrin poetikası”, “Zamanın üzü, yazıçının sözü”, “Qələmin ucu, qılıncın gücü”, Nəsrin axarı: zaman və məkan konteksti”, “Dramaturq: sənət və həqiqət”, “Ağarəhim Rəhimov bədii nəsrinin dil və üslub özəlliyi”, “Yazıçı karyerası: dilin və sənətin işığında”, “Nəsrdə Qarabağ müharibəsinin aspektləri” 12 adda monoqrafiya çap olunub.


Başa dön