24
dekabr

Tələbələrimizin uğuru

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin yekunu olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda bilik yarışı keçirmişdir.

Universitetimizi bu yarışda təmsil edən komandanın üzvləri - Aidə İsmayılova, Leyla Rəhimova, Fatimə İmanzadə, Məftunə Əliyeva, Güntəkin Süleymanova və Aysel Əliyeva fəal iştirak edərək II dərəcəli diplom və kitab hədiyyələriilə mükafatlandırılmışlar.

Tələbələrimizi bu uğurları münasibəti ilə təbrik edir, onlara elmin yollarında daha böyük qələbələr arzulayırıq!

   

Başa dön