25
dekabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İlin gəlişi qeyd olunmuşdur

Bakı Qızlar Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İlin gəlişi münasibətilə bayram tədbiri keçirilmişdir.

Tədbirin əvvəlində universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru şənliyə toplaşan müəllim və tələbələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramları münasibətilə təbrik etdi. Onlara 2019-cuildə can sağlığı və təhsildə uğurlar arzulamışdır.

Sonra universitetin tələbələri bayram münasibətilə hazırladıqları konsert proqramı ilə çıxış etmişlər. Əlvan rəqslər, şux mahnılar və bədii qiraət nümunələri tədbir iştirakçılarına şən əhval-ruhiyyə və gözəl ovqat bəxş etmişdi.

     

Başa dön