19
yanvar

20 Yanvar şəhidləri anılmışdır

Yanvarın 19-da Bakı Qızlar Universitetində 20 Yanvar faciəsinin ildönümü ilı bağlı xatirə tədbiri keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Rəhimova 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş verən dəhşətli hadisə haqqında  ətraflı söhbət açmış, əliyalın soydaşlarımızın gülləbaran edilməsini xalqımızın müstəqillik uğrunda mübarizəsini boğmaq cəhdikimi qiymətləndirmişdir.

Tarix üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov, tarix üzrə fəlsəfə doktoru, dosent  Əzizağa Ələkbərov və uviversitetin prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Hava Abdullayeva 20 Yanvar faciəsinə aparan yolu bir daha nəzərdən keçirərkən həmin gecə həyatlarını qurban vermiş insanların qəhrəmanlığını yüksək qiymətləndirmiş, ölümdən qorxmadıqlarını qeyd edərək onların igidliklərinin, mübarizliklərinin hər bir gənc üçün örnək ola biləcəklərini xüsusi vurğulamışlar.



Başa dön