11
mart

İstiqlal carçısının xatirəsi anılmışdır

 Martın 7-də  Bakı Qızlar Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri,  xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin vəfatının 64-cü ildönümü mühasibəti ilə anım mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru S.Rəhimova ötən əsrin əvvəllərindən milli istiqlal ideologiyasının  təşəkkül tapmasında, “İnsanlara hürriyyət, millətlərə istiqlal!” ideallarının gerçəkləşməsində  Məhəmməd Əmin Rəsulzadənin rolunu xüsusi qeyd etmiş, onun hər bir gəncə örnək olan ömür yolunda apardığı mübarizənin bu gün də xalqımız tərəfindən böyük ehtiramla yad edildiiyini xüsusi vurğulamışdır.

“Tarix” kafedrasının müdiri, professor İ.Cəbrayılov Məhəmməd Əmin Rəsulzadənin həyatı, siyasi, ictimai və ədəbi fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. Qeyd etmişdir  ki, Məhəmməd Əmin Rəsulzadə öz mübariz  və əzmkar, qətiyyəti fəaliyyəti ilə bütün türk dünyasına xalqımızın nicat yolunu – Milli İstiqlal yolunu göstərmişdir. Məhz bu yolla irəliləməklə azdlığına, müstəqilliyinə qovuşa biləcəyini sübut etmişdir.

Tarix üzrə fəlsəfə doktoru Ə.Ələkbərov, tələbələrdən G.Hacıyeva, M.Mahmudlu, A.Əliyeva, Q.Abdurəşidova, X.Şükürova, A.Allahverdiyeva və F.İmanzadə məruzə ətrafıda müxtəlif mövzularda çıxışlar etmişlər, Məhəmməd Əmin  Rəsulzadənin  ömür yolu, ictimai-siyasi, mətbuat sahələrində  fəaliyyətinin bəzi məqamları, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri kimi zamanında respublikamızda apardığı islahatlar, mühacirət illəri və son günləri barədə danışmışlar. Tədbirt ələbələrin ifasında M.Ə.Rəsulzadənin gənclərə müraciəti ilə başa çatmışdır.


Başa dön