13
mart

Qaliblər mükafatlandırılmıışdır

Bakı Qızlar Universitetində Tələbə Elmi Cəmiyyətinin “Müasir gənclik və milli dövlətçilik ənənələri” mövzusunda XXII konfransının  qaliblərinin mükafatlandırılma mərasimi olmuşdur.

Əvvəlcə universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru S.Rəhimova bu kimi konfransların tələbələrin elmi-tədqiqat işlərinə istiqamətlənməsində mühüm rol oynadığını vurğulamışdır. O, eyni zamanda tələbələrimizin bir qayda olaraq respublika və rayon miqyaslı tədbirlərdə fəal iştirak edərək daim mükafata layiq yerlər tutmasında Tələbə Elmi Cəmiyyətinin bu konfranslarının əhəmiyyətini yüksək dəyərləndirmişdir.

Universitet Tələbə Elmi Cəmiyyətinin sədri b/m K.Kamalov konfransın təşkili, gedişi, tələbələrin fakültə, ixtisas, qrup və say tərkibi, eləcə də plenar və bölmə iclaslarının nəticələri haqqında məlumat vermişdir.

Elmi işlər üzrə prorektor, filologiya üzrı fəlsəfə doktoru İ.Məmmədli konfrans qaliblərini təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.

Tədbirin sonunda qaliblərlə yanaşı,  konfransın təşkilində və universitetin ictimai tədbirlərində  fəal iştirak edən  tələbələr  mükafatlandıralmışdır.


Başa dön