19
mart

Novruz şənliyi keçirilmişdir

Martın 19-da Bakı Qızlar Universitetində yaz fəslinin gəlişi ilə əlaqədar Novruz bayramı qeyd olunmuşdur.

Tədbirin əvvəlində universitetin  rektoru, pedaqogika üzrə fəlsəfə doktoru  S.A.Rəhimova tədbir iştirakçılarını milli bayramımız olan Novruzun gəlişi münasibətilə təbrik etmiş, hamıya səadət və xoş günlər arzulamışdır.

Sonra tələbələrin hazırladığı bayram proqramı tədbir iştirakçılarına təqdim olunmuşdur. Şən mahnılar, milli rəqslər, səhnəciklər, müasir Kosa ilə Keçəlin sərgüzəştləri tədbir iştirakçılarında şən əhval-ruhiyyə, xoş ovqat yaratmışdır.

     

Başa dön