29
mart

Soyqırım Günü qeyd olunmuşdur

Martın 29-da Bakı Qızlar Universitetində Soyqırım Günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirin əvvəlində universitetin tədris işləri üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru H.Abdullayeva tarixən soyqırıma məruz qalan xalqımızın başına gətirilən bəlalardan söz açmış, bu günün dövlət səviyyəsində qeyd olunmasını onların əziz xatirəsinin yad edilməsində böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Eyni zamanda bu bəlaların mahiyyətinin gələcək nəslə çatdırılmasında bugünkü tələbələrin-sabahın müəllimlərinin də üzərinə böyük məsuliyyət düşdüyünü xüsusi vurğulamışdır.

Sonra tarix üzrə fəlsəfə doktoru S.Talıblı geniş məruzə ilə çıxış etmiş, azərbaycanlıların üzləşdikləri soyqırımları və onların acı nəticələrini konkret faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.


Başa dön