10
may

Ulu öndərin xatirəsi anılmışdır

Bakı Qızlar Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Universitetin tədris işləri üşrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Hava Abdullayeva ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışmış, onun həyat yolunun hər kəs, xüsusən də gənc nəsil üçün böyük bir örnək olduğunu xüsusi vurğulamışdır.

Tarix üzrə fəlsəfə doktoru, dosent S.Talıblı Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə ilə çıxış etmişdir.

Tələbələrdən M.Mahmudova, G.Hacıyeva, Q.Abdurəşidova, A.Allah­ver­diyeva və Ş.Allahyarova ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı sahələrini əhatə edən mövzularla bağlı çıxış etmişlər.


Başa dön