16
may

TEC-in konfransı keçirilmişdir

Mayın 16-da Baki Qızlar Universitetinin aktzalında universitet Tələbə Elmi Cəmiyyətinin “Mədəniyyətlərarası dialoq və Azərbaycan gəncliyi” mövzusunda XXIII konfransı keçirilmişdir.

Konfransın əvvəlində universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent S.A.Rəhimova bütün iştirakçıları salamlamış, konfransın işində həm təşkilatçılara, həm də tələbələrə uğurlar arzulamıışdır. O,  bu kimi tədbirlərin tələbələrin elmi-tədqiqat işlərinə istiqamətlənməsində boyük rol oynadığını vurğulamışdır. Universitetimizin tələbələrinin bir qayda olaraq respublika, xüsusilə də ali məktəblərarası tədbirlərdə fəal iştirak edərək mükafata layiq yerlər tutmasında Tələbə Elmi Cəmiyyətin fəaliyyətini yüksək qiymətləndirmiş və cəmiyyətin tədbirlərinin əhəmiyyətini xüsusi qeyd etmişdir.

Universitetin elmi işlər üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent İ.M.Məmmədli builki konfransda plenar iclas da daxil omaqla 8 bölmədə 157 tələbənin iştirak etdiyini bildirmişdir. Bu tələbələrdən 72-nin “Sosial-pedaqoji”, 85-nin isə “Filologiya-tarix” fakültəsinin tələbəsi olduğunu söyləyən prorektor əvvəlki illərdən fərqli olaraq,  bu il  say tərkibinə görə II və III kurs tələbələrinin üstünlük təşkil etdiklərini xüsusi qeyd etmişdir.

Daha sonra isə plenar iclas işinə başlamış və burada 5 tələbənin çıxışı dinlənilmiş, maraqlı diskussyalarla müşayiət olunmuşdur. Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.



Başa dön