16
dekabr

TEC-in iclası keçirilmişdir

Dekabrın 16-da Bakı Qızlar Universitetində universitet Tələbə Elmi Cəmiyyətinin növbəti iclası keçirilmişdir. İclasda TEC-in idarə heyətinin üzvləri və fəalları ilə yanaşı, I kurs tələbələri və qrup nümayəndələri də iştirak etmişdir.

Tədbirin əvvəlində Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim K.S.Kamalov TEC-nin fəaliyyət istiqamətləri, prinsipləri haqda ətraflı məlumat vermiş, xüsusən də I kurs tələbələrini cəmiyyətin tədbirlərində, elmi konfraslarında fəal iştirak etməyə çağırmışlar.

Sonra universitetin elmi işləri üzrə prorektoru, professor T.S.Cavadov tələbələrin elmi-tədqiqat işlərində iştirakının əhəmiyyətindən danışmış, elmin sirlərinə yiyələnmələrində bu kimi tədbirlərin üstünlüklərindən söz açmışdır.

İclasın sonunda bu ilin may ayında Tələbə Elmi Cəmiyyətinin «Tələbə elmi yaradıcılığı: axtarışlar və tapıntılar» mövzusunda XVIII konfransında I yerə layiq görülən və konfransın təşkil olunub keçirilməsində, eləcə də universitetin ictimai həyatında fəal iştirak edən tələbələrə fəxri fərmanlar təqdim olunmuşdur.

  

Başa dön