11
dekabr

Ulu öndərin xatirəsi anılmışdır

Dekabrın 11-də Bakı Qızlar Universitetində ümummilli lider  H.Ə.Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirin əvvəlində universitetin tədris işləri üzrə prorektoru, dosent H.Q.Abdullayeva ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışmış, onun respublikaya rəhbərlik etdiyi müddətdə fəaliyyətinin bu gün də bütün sahələrdə nəzərəçarpacaq dərəcədə hiss olunduğunu diqqətə çatdırmışdır. Sonra «Tarix» kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor İ.H.Cəbrayılov ümummilli liderin həyat yolu və siyasi fəaliyyəti barədə ətraflı söhbət açmış, istər Azərbaycanda, istərsə də Mosvkadakeçmiş SSRİ rəhbərliyi dövründə yüksək vəzifə tutduğu müddətdə daim bacarıqlı rəhbər xüsusiyyətlərindən, məqsədyönlü siyasətinin uğurlu nəticələrindən danışmışdır.

Daha sonra tələbələrdən L.Qayıdova, A.Saleh, G.Əmrahova,  E.Abdul­layeva,  Z.Əlizadə, Q.Muxtarzadə və X.Zərbəliyeva ulu öndərin gərgin və yorulmaz fəaliyyətinin ayrı-ayrı məqamlarından söz açmış,  H.Əliyevin xatirəsinə həsr olunmuş şeirlər söyləmişlər.

can i take lamotrigine with gabapentin can i take lamotrigine with gabapentin can i take lamotrigine with gabapentin

   

Başa dön