15
yanvar

20 Yanvar faciəsi

Yanvarın 15-də Bakı Qızlar Universitetində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçrilmişdir. Universitetin tədris işləri üzrə prorektoru, dosent H.Abdullayeva 20 Yanvar faciəsini xalqımızın müstəqillik yolunda apardığı mübarizəyə qarşı rus imperiyasının ağlasığmaz mübarizəsi kimi dəyərləndirmiş və həmin dəhşətli hadisələrin ağrı-acılarının heç zaman xatirəmizdən silinməyəcəyini xüsusi vurğulamışdır. O, həmçinin qeyd etmişdir ki, respublikamızın hər yerində olduğu kimi, universitetimizdə də bu faciənin ildönümü ilə bağlı xüsusi tədbirlər planı hazırlanmış və silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Çünki bu kimi tədbirlər həmin hadisələrin əhəmiyyətini canlandırmaqla yanaşı, həm də gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyəti kəsb edir.

Sonra universitetin baş müəllimi B.Abdullayev 20 Yanvar faciəsinə aparan yol, onun yaranma səbəbləri və nəticələri barədə ətraflı məlumat vermişdir.

Tələbələrdən G.Əmrahova,  A.Əhmədova, E.Abdullayeva  və  Z.Əlizadə 20 Yanvar faciəsi ilə bağlı fikirlərini ifadə etmişlər.

Tədbirin sonunda “Canavar balası” filminin nümaişi olmuşdur.


     

Başa dön