16
yanvar

20 YANVAR FACİƏSİ

20 Yanvar faciəsinin ildönümü ilə bağlı Bakı Qızlar Universitetində nəzərdə tutulan növbəti tədbir yanvarın 16-da keçirilmişdir. Tədbirdə universitetin rəhbərliyi ilə yanaşı, kafedraların müəllimləri, tələbələr iştrak etmişlər.

Universitetin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının baş müəllimi, əməkdar jurnalist Qəmbər Ağayev, həmin kafedranın dosenti, 20 Yanvar hadisələrinin iştrakcısı, jurnalist İlham Məmmədli Qanlı Yanvar faciəsinin dəhşətlərindən söz açmış, həmin müdhiş faciənin beynəlxalq ictimaiyyətə operativ və obyektiv çatdırılmasında yaranan çətinliklərdən  və  hadisələrin kütləvi informasiya vasitələrində işıqlandırılmasında mövcud olan problemlərdən danışmışlar.

Sonda “Qırmızı qar” filminin nümayişi olmuşdur.


Başa dön