duloxetin 500 duloxetin qtc duloxetin bupropion"/> Pedaqoji təcrübə ilə bağlı konfrans keçirilmişdir

29
mart

Pedaqoji təcrübə ilə bağlı konfrans keçirilmişdir

Bakı Qızlar Universitetində pedaqoji təcrübənin başlanması ilə əlaqədar konfrans keçirilmişdir. Universitetin tədris işləri üzrə prorektoru, dos.H.Abudullayeva pedaqoji təcrübənin əhəmiyyətindən danışmış, təcrübə müddətində tələbələrin yerinə yetirəcəyi işlər haqda ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, əvvəlki illərdən fərqli olaraq, bu il universitet tələbələrinin pedaqoji təcrübə keçəcəyi müəssisələrin şəbəkəsi daha da genişlənmişdir. Bu il tələbələrimiz “Elitar” gimnaziya, 248 nömrəli orta məktəb, “Qərənfil” uşaq bağcası və körpələr evi, eləcə də “Era” araşdırmalar mərkəzində təcrübə keçəcəklər.

Sonra fakültə dekanları tələbələrin təhkim olunduqları təcrübə müəssisələri haqqında ətraflı məlumat vermişlər.


Başa dön