16
aprel

Ulu öndərin xatirəsi anılmışdır

Aprelin 16-da Bakı Qızlar Universitetində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş dəyirmi masa keçirildi. Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Tarix” kafedrasının müdiri, prof.İ.Cəbrayılov böyük siyasi liderin keçdiyi şərəfli həyat yolundan danışdı və H.Əliyevin siyasi fəaliyyətini ən yeni tariximizin dolğun salnaməsi kimi qiymətləndirdi. “Sosial – pedaqoji” fakültənin dekanı, dos.S.Rəhimova  ümummilli liderin cəmiyyətin bütün sahələrinə eyni diqqət və həssaslıqla yanaşdığını qeyd etdi,  gənclərimizi bu böyük məktəbdən bəhrələnməyə, cəmiyyətin və xalqın rifahı yolunda bilik və bacarıqlarını əsirgəməməyə çağırdı. “Filologiya-tarix” fakültəsinin dekanı N.Quliyeva isə ulu öndərin həyata keçirdiyi böyük siyasətin tərkib hissəsi kimi təhsil sahəsindəki islahat və dəyişikliklərdən danışdı.

Tələbələrdən J.Əlizadə, N.Ağayeva, N.Məmmədzadə və N.Məmmədova H.Əliyevin təməlini qoyduğu uğurlu daxili və xarici siyasəti dəstəklədiklərini bildirdilər, ulu öndərin həyatından məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırdılar. “Dəyirmimasa” maraqlı diskussiya ilə yekunlaşdı. 

duloxetin 500 duloxetin rausch duloxetin bupropion
">duloxetin 500 duloxetin rausch duloxetin bupropion
" />    

Başa dön