duloxetin 500 duloxetin rausch duloxetin bupropion"/> TEC-in konfransı

12
may

TEC-in konfransı

Mayın 12-də Bakı Qızlar Universitetində Tələbə Elmi Cəmiyyətinin “Gənclik və qloballaşan dünya” mövzusunda XX konfransı keçirilmişdir. Konfransda iştirakçılarla yanaşı, bölmə rəhbərləri, kafedra müdirləri və pedaqoji-müəllim heyətinin üzvləri iştirak etmişdir.

Universitetin tədris işləri üzrə prorektoru, dosent Hava Abdullayeva belə tədbirlərin tələbələrin elmi-tədqiqat işlərinə marağının artmasında böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamış və konfrans iştirakçılarına uğurlar arzulamışdır.

Elmi işlər üzrə prorektor, dosent İlham Məmmədli konfransın bölmələri və iştirakçılar haqqında ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, ənənəvi olaraq keçirilən bu ilki konfransda 10 bölmədə 158 tələbə iştirak edir. Onlardan 66 nəfəri “Sosial-pedaqoji”, 90 nəfəri isə “Filologiya-tarix” fakültəsinin tələbələridir. Konfrans iştirakçıları arasında I kurs tələbələri daha çox üstünlük təşkil edir. O, həmçinin bildirmişdir ki, konfransda fərqlənən tələbələrin mükafatlandırılması ilə yanaşı,  onların respublika konfransında iştirakı nəzədrə tutulmuşdur.

Konfransın plenar iclasında 7 məruzə dinlənilmiş,  bu çıxışlar müəllim və tələbələr tərəfindən maraqla qarşılanmışdır. Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.

 


Başa dön