01
noyabr

Görkəmli yazıçı-alimlə görüş keçirilmişdir

Noyabrın 1-dəBakı Qızlar Universitetində  görkəmli yazıçı-alim, tanınmış dramaturq  Ağarəhim Rəhimovla  tələbələrin görüşü  keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan  “Azərbaycan dili və ədəbiyyat”  kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Q.Süleymanova bu kimi görüşlərin universitet rəhbərliyi ilə tələbələr arasında səmimi ünsiyyət münasibətlərinin yaranmasında, Ağarəhimin zəngin bədii yaradıcılıği ilə tələbələri maraqlandıran sualların cavablandırılmasında və müstəqil Azərbaycanın təhsil sahəsi rəhbərlərindən biri kimi onun yeni təhsil konsepsiyasıyla bağlı fikirləri ilə tanışlığı baxımından yüksək qiymətləndirmişdir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent S.Məmmədova yazıçının dramaturgiyası, filologiya üzrə fəlsəfə doktoru, dosent İ.Məmmədli isə ədibin yaradıcılığı ilə bağlı geniş məruzəylə çıxış etmişlər.

Daha sonra tanınmış yazıçı-alim, dramaturq Ağarəhim Rəhimov tələbələri maraqlandıran sualları cavablandırmışdır.


Başa dön