11
noyabr

Tələbələrimizin uguru

Bu  günlərdə Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika  bilik yarışı keçirilmişdir. Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə mərkəzdə keçirilən və “Nə?  Harada? Nə zaman?” formatında olan bu yarışmada respublikamızın ali təhsil müəssisələri sırasında universitetimizin də komandası gücünü sınamışdır.

Ümummillilider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin dərindən öyrənilməsi, təbliği məqsədi daşıyan bu bilik savaşında bizim tələbələr də ulu öndərin  uşaqlıq və gənclik illləri, Dövlət Təhlükəsizliyi orqanlarında fəaliyyəti, Azərbaycana rəhbərliyinin birinci və ikinci mərhələsi, siyasi fəaliyyətinin Moskva dövrü,  prezident kimi xarici  ölkələrə səfərləri və s. mövzular ətrafında sualları cavablandırmağa çalışmışlar. 50-dək komandanın iştirak etdiyi bu yarışmada cavabları ilə münsiflər heyətinin rəğbətini qazanmış və tarix ixtisası üzrə 3-cü kurs tələbələri  Nərgiz  Məmməodova, Nərgiz Məmmədzadə, Xatirə Bəylərzadə, Pərvin Əhmədova, Suqura Məmmədova, Nərgiz Ağayeva, riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə 1-ci kurs tələbəsi Nigar Sədiyeva  və ibtidai sinif müəllimliyi ixtisası üzrə1-ci kurs tələbəsi Tünzalə Novruzovadan ibarət olan komandamız Təşkilat Komitəsinin sertifikatlarına layiq görülmüşlər. Tələbələrimizi təbrik edirik!


Başa dön