14
noyabr

Konfrans qalibləri mükafatlandıırıldı

Bu günlərdə Bakı Qızlar Universitetində Tələbə Elmi Cəmiyyətinin “Gənclik və qloballaşan dünya” mövzusunda XX konfransının yekunlarına  həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan  universitetin elmi işlər üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru İ.Məmmədli Tələbə Elmi Cəmiyyətinin tələbələrin elmi-tədqiqat işlərinə istiqamətlənməsində böyük əhəmiyyətindən danışmış, hər bir gənci cəmiyyətin təşkil etdiyi tədbirlərdə daha fəal olmağa çağırmışdır.

Universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru S.Rəhimova Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlərin rolunu yüksək qiymətləndirmiş, bunun da nəticəsində tələbələrimizin universitet daxili və universitetdən kənar müxtəlif tədbirlərdə qazandıqları uğurların günü-gündən artdığını xüsusi qeyd etmişdir. Tələbə Elmi Cəmiyyətinin sonuncu konfransındakı nəticələri bunun bariz nümunəsi kimi dəyərləndirmişdir.

Tələbə Elmi Cəmiyyətinin sədrı, baş müəllim K.Kamalov  TEC-in  “Gənclik və qloballaşan dünya” mövzusunda XX konfransının yekunları barədə məlumat vermişdir. Sonra konfransda fərqlənən tələbələr universitet rəhbərliyinin əmrinə müvafiq olaraq mükafatlandırılmışlar.

        duloxetin 500 duloxetin snri duloxetin bupropion
">duloxetin 500 duloxetin snri duloxetin bupropion
" />     

Başa dön