8
dekabr

Yazıçı - dramaturqla növbəti görüş

Dekabrın 8-də Bakı Qızlar Universitetinin akt zalında yazıçı – dramaturq Ağarəhimlə tələbə - müəllim kollektivinin növbəti  görüşü keçirilmişdir.

Universitetin elmi işlər üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli qeyd etmişdir ki, Ağarəhim müasir Azərbaycan nəsrinin aparıcı simalarındandır. O, bədii yaradıcılığa ötən əsrin 80-ci illərində qədəm qoyub. O illər Azərbaycanın siyasi həyatında ən təlatümlü illər idi. Dağlıq Qarabağda erməni separatçıları Moskvanın dəstəyilə Azərbaycana qarşı əsl müharibəyə başlamışdılar. Respublikaya rəhbərlik edən məmurlar da iradəsiz insanlar olduğundan, təxribatın qarşısını almaqda cəsarətsizlik göstərdilər və sonda konflikt böyüyüb Azərbaycan – Ermənistan müharibəsinə çevrildi. Sonda da torpaqlarımızın xeyli hissəsi rus – erməni quldur dəstələri tərəfindən işğal olundu. 

Ağarəhim məhz belə bir ağrılı illərdə ədəbiyyata gəldi. Onun ilk yazıları da xalqımızın Qarabağda yaşadığı faciələrdən doğmuşdur. Bu gün yazıçının onlarla povesti, romanı, yüzlərlə hekayəsi, bir neçə dram əsəri və çoxlu sayda digər bədii yazıları vardır.

Filologiya üzrə fəlsəfə doktoru Solmaz Məmmədova Ağarəhimin dramaturgiya yaradıcılığından ətraflı söhbət açdı.

Belə görüşlərin onun yaradıcılığında xüsusi iz qoyduğunu qeyd edən yazıçı-dramaturq  Ağarəhim özünün yaradıcılıq yolundan, ədəbiyyatın qarşısında dayanan müxtəlif problemlərdən danışdı.

Sonda yazıçı–dramaturq Ağarəhim tələbələrin çoxsaylı suallarını cavablandırdı.

Tədbir qaynar diskussiya mühitində başa çatdı.


Başa dön