25
may

TEC-in konfransı keçirilmişdir

    Mayın 25-də Baki Qızlar Universitetinin akt zalında universitet Tələbə Elmi Cəmiyyətinin “Müasir gənclik və gender məsələləri” mövzusunda XXI konfransı keçirilmişdir.

Konfransın əvvəlində universitetin təsisçisi, pedaqoji elmlər doktoru, professor A.N.Rəhimov bütün iştirakçıları salamlamış, konfransın işində həm təşkilatçılara, həm də tələbələrə uğurlar arzulamıışdır.

Sonra universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent S.A.Rəhimova bu kimi tədbirlərin tələbələrin elmi-tədqiqat işlərinə istiqamətlənməsində boyük rol oynadığını vurğulamışdır. Universitetimizin tələbələrinin bir qayda olaraq respublika, xüsusilə də ali məktəblərarası tədbirlərdə fəal iştirak etdiklərini vurğulayan rektor bu günlərdə tarixçi tələbələrimizin Azərbaycan Respublikası Prezidenti yanında  Bilik Fondunun ulu öndər H.Əliyevin 94-cü il dönümü ilə bağlı təşkil etdiyi müsabiqədə əldə etdikləri parlaq qələbəni qeyd etmiş və onları diplomlarla mükafatlandırmışdır.

Universitetin elmi işlər üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent İ.M.Məmmədli builki konfransda 7 bölmədə 129 tələbənin iştirak etdiyini bildirmişdir. Bu tələbələrdən 55-nin “Sosial-pedaqoji”, 74-nün isə“Filologiya-tarix” fakültəsinin tələbəsi olduğunu söyləyən prorektor hər il olduğu kimi, bu il də say tərkibinə görə I və III kurs tələbələrinin üstünlük təşkil etdiklərini xüsusi qeyd etmişdir.

Daha sonra isə plenar iclas işinə başlamış və burada 8 tələbənin çıxışı maraqla dinlənilmiş, maraqlı diskussyalarla müşayiət olunmuşdur.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.
duloxetin 500 duloxetin snri duloxetin bupropion

    

Başa dön