18
oktyabr

Müstəqillik günü

Müstəqillik günü qeyd edilmişdir

Oktyabrın 18-də Bakı Qızlar Universitetində Dövlət Müstəqilliyi günü ilə bağlı tədbir keçirilmişdir. Əvvəlcə universitetin akt zalına toplaşmış müəllim və tələbələr dövlət müstəqilliyi yolunda həyatını qurban vermiş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Universitetin rektoru, pedaqogika üzrə gəlsəfə doktoru Sevinc Rəhimova dövlət müstəqilliyinə gedən yolun asan olmamasını xüsusi qeyd etmiş və bu müstəqilliyin əldə olunmasını Azərbaycan xalqını mənəvi cəhətdən əvəzsiz sərvəti adlandırmışdır.

Tarix üzrə elmlər doktoru, professor  İ.Cəbrayılov isə  dövlət müstəqilliyinin əldə olunmasını Azərbaycan tarixinin şanlı səhifələrdən biri olduğunu söyləmiş və hər bir kəsi bu əvəzsiz nailiyyəti öz əməli fəaliyyəti ilə möhkəmləndirməyə çağırmışdır. Tələbələrdən N.Məmmədova, N.Məmmədzadə, N.Əhmədova, S.Quliyeva, X.Bəylərzadə, P.Əhmədova mövzu ətrafında çıxış etmişlər.

     Tədbirin sonunda tələbələrin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.


Başa dön