19
yanvar

20 Yanvar faciəsi anılmışdır

20 Yanvarfaciəsi anılmışdır

Yanvarın 19-da Bakı Qızlar Universitetində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım tədbiri keçrilmişdir. Universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru S.Rəhimova 20 Yanvar faciəsini xalqımızın müstəqillik yolunda apardığı mübarizəyə qarşı rus imperiyasının ağlasığmaz mübarizəsi kimi dəyərləndirmiş və həmin dəhşətli hadisələrin ağrı-acılarının heç zaman xatirəmizdən silinməyəcəyini xüsusi vurğulamışdır. O, həmçinin qeyd etmişdir ki, respublikamızın hər yerində olduğu kimi, universitetimizdə də bu faciənin ildönümü ilə bağlı xüsusi tədbirlər planı hazırlanmış və silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Çünki bu kimi tədbirlər həmin hadisələrin əhəmiyyətini canlandırmaqla yanaşı, həm də gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət kəsb edir.

Sonra universitetin baş müəllimi B.Abdullayev 20 Yanvar faciəsinə aparan yol, onun yaranma səbəbləri və nəticələri barədə ətraflı məlumat vermişdir.

Tələbələrdən N.Məmmədova, X.Bəylərzadə, N.Məmmədzadə, H.İmanlı, P.Kərimova, N.Agayeva və başqaları  20 Yanvar faciəsi ilə bağlı fikirlərini ifadə etmişlər.

          Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.

   

Başa dön