3
fevral

TEC konfransının qalibləri mükafatlandıırıldı

TECkonfransının qalibləri mükafatlandıırıldı

 

Bu günlərdə Bakı Qızlar Universitetində Tələbə Elmi Cəmiyyətinin “Müasir gənclik və gender məsələləri” mövzusunda XXI konfransının yekunlarına  həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan  universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru S.Rəhimova Tələbə Elmi Cəmiyyətinin tələbələrin elmi-tədqiqat işlərinə istiqamətlənməsində böyük əhəmiyyətindən danışmış, hər bir gənci cəmiyyətin təşkil etdiyi tədbirlərdə daha fəal olmağa çağırmışdır. O, eyni zamanda Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirlərin rolunu yüksək qiymətləndirmiş, bunun da nəticəsində tələbələrimizin universitet daxili və universitetdən kənar müxtəlif tədbirlərdə qazandıqları uğurların günü-gündən artdığını xüsusi qeyd etmişdir. Tələbə Elmi Cəmiyyətinin sonuncu konfransındakı nəticələrini  bunun bariz nümunəsi kimi dəyərləndirmişdir.

Tələbə Elmi Cəmiyyətinin sədrı, baş müəllim K.Kamalov  TEC-in  “Müasir gənclik və gender məsələləri” mövzusunda XXI  konfransının yekunları barədə məlumat vermişdir. Sonra konfransda fərqlənən tələbələr universitet rəhbərliyinin əmrinə müvafiq olaraq mükafatlandırılmışlar.


Başa dön