22
may

TEC-in konfransı keçirilmişdir

Bakı Qızlar Universitetində Tələbə Elmi Cəmiyyətinin ənənəvi konfransı keçirilmişdir. “Müasir gənclik və milli dövlətçilik ənənələri” mövzusunda keçirilən TEC-in XXII konfransı ümummilli lider H.Ə.Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr olunmuşdur.

Plenar iclasın əvvəlində müəllim və tələbələr ulu öndər H.Ə.Əliyevin və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, eləcə də fəaliyyətində yaxından iştirak edən mərhum şəxslərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru S.A.Rəhimova gənclərin elmi-tədqiqat işlərinə yönəldilməsində bu kimi tədbirlərin böyük əhəmiyyətini vurğulamaqla son illər tələbələrimizin respublika miqyaslı bilik yarışlarında uğurlarını xüsusi qeyd etmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, daim tələbələrimizin böyük maraq göstərərək yaxından iştirak etdikləri Tələbə Elmi Cəmiyyətinin builki növbəti konfransında çıxış etmək üçün 85 nəfər müraciət etmişdir ki, onlardan da 51-i “Filologiya-tarix”, 34-ü isə “Sosial-pedaqoji” fakültənin tələbələridir. Hər il olduğu kimi, yenə də konfrans iştirakçıları arasında I kurs tələbələri sayca üstünlük təşkil edir.

Elmi işlər üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, İ.M.Məmmədli, tədris işləri üzrə prorektor, pedaqogika üzrə fəlsəfə doktoru, H.Q.Abdullayeva konfransda çıxış edərək iştirakçılara tövsiyələrini vermiş, uğurlar arzulamışlar.

Sonra plenariclasda nəzərdə tutulmuş məruzələr dinlənilmişdir. Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.

      

Başa dön