24
may

AXC-nin 100 illiyi qeyd olunmuşdur

Bakı Qızlar Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yibileyi ilə bağlı tədbir keçiirilmişdir.

Tədbirin əvvəlində universitetin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru S.A.Rəhimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd olunduğunu xüsusi vurğulamaqla artıq bu kimi tədbirlərin təkcə respublikamızda deyil, hətta ölkəmizin hüdudlarından kənarda da keçirildiyini bildirmişdir. Bunun heç də təsadüfi olmadığını söyləyən rektor o vaxtkı hökumətin fəaliyyət göstərdiyi 23 ay ərzində gördüyü işləri, həyata keçirdiya islahatları konkret faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Universitetin elmi işlər üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru İ.M.Məmmədli, tədris işləri üzrə prorektor, pedaqogika üzrə fəlsəfə doktoru H.Q.Abdullayeva, “Tarix” kafedrasının baş müəllim B.M.Abdullayev, tələbələrdən N.Ağayeva, N.Məmmədzadə və başqaları çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin səmərəli fəaliyyətinin ayrı-ayrı məqamlarından söz açmış, beeynəlxalq əməkdaşlıq, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən tədbirlərdən danışmışlar.



Başa dön