12
dekabr

Ümummilli liderin xatirəsi anılmışdır

Ümummilliliderin  xatirəsi anılmışdır

Dekabrın 12-də Bakı Qızlar Universitetində ulu öndər H.Ə.Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirin əvvəlində iştirakçılar ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, ulu öndərə dərin ehtiramlarını bildirmişlər.

Sonra universitetin rektoru, pedaqigika üzrə fəlsəfə doktoru, dosent S.Rəhimova ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışmış, onun respublikaya rəhbərlik etdiyi müddətdə əvəzolunmaz fəaliyyətinin bu gün də  bütün sahələrdə nəzərəçarpacaq dərəcədə hiss olunduğunu diqqətə çatdırmışdır.

«Tarix» kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor İ.Cəbrayılov ümummilli liderin həyat yolu və siyasi fəaliyyəti barədə ətraflı söhbət açmış, istər Azərbaycanda, istərsə də Mosvkada – keçmiş SSRİ rəhbərliyi dövründə yüksək vəzifə tutduğu müddətdə daim bacarıqlı rəhbər xüsusiyyətlərindən, məqsədyönlü siyasətinin uğurlu nəticələrindən danışmışdır. Tarix üzrə fəlsəfə doktoru, dosent S.Talıblı, baş müəllim S.Quliyeva Heydər Əliyevin Azərbaycanla dünya dövlətlərinin əlaqələrində tarazlaşdırılmış siyasət sahəsində xidmətlərindən söz açmış, ölkəmizin beynəlxalq aləmdə söz sahibi olmasında uzaqgörən və müdrik addımlarını yüksək qiymətləndirmişlər.

Daha sonra tələbələrdən A.Əliyeva, Q.Abdurəşidova, A.İsmayılova, A.Allahverdiyeva, B.Rzayeva və başqaları ulu öndərin gərgin və yorulmaz fəaliyyətinin ayrı-ayrı məqamlarından söz açmış, H.Əliyevin xatirəsinə həsr olunmuş şeirlər söyləmişlər.


   

Başa dön