О нас Новости Объявление Галерея ТВ Э-Библиотека Выпускники Контакт
Nəticə tapılmadı

09-12-2024

BQU-da “Şagird davranışının idarə olunması” mövzusunda təlim keçirildi

BQU-da “Şagird davranışının idarə olunması” mövzusunda təlim keçirildi

Bakı Qızlar Universitetinin İnnovativ Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Şagird davranışının idarə olunması mövzusunda təlim keçirildi.

  Təlimdə “Müasir müəllimdən gözlənilən ən vacib bacarıq hansıdır?”, “Sizcə, müəllimlər şagirdlərə sadəcə bilik verməli yoxsa həyati bacarıqları da öyrətməlidir? ”, “Müəllim şagirdin motivasiyasını artırmaq üçün hansı üsullardan istifadə edə bilər ?”, “Sizcə, daha çox bilik  öyrədən müəllim yaxşıdır yoxsa düşünməyi sövq edən?, “Texnologiya müəllimi əvəz edə bilərmi?” mövzusunda ətraflı müzakirələr aparıldı.

      Qeyd edək ki, təlimdə İnnovativ Təhsil Mərkəzinin əməkdaşları Aida Maarif, Aytac Hüseynova, Anar Həsənov , Gülnar Hüseynova və Həbibə Ağayeva iştirak edirdi.

 

 

Другие новости

Все новости