Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

08-05-2025

Bakı Qızlar Universitetində Sosial Psixologiya fənni üzrə təqdimatlar keçirilib

Bakı Qızlar Universitetində Sosial Psixologiya fənni üzrə təqdimatlar keçirilib

Bakı Qızlar Universitetinin “Psixologiya” kafedrasının təşəbbüsü ilə SP2-24 qrup tələbələrinin iştirakı ilə Sosial psixologiya fənnindən təqdimatlar keçirilib. Dərs  kafedra müdiri, dosent Nurəngiz Rzayevanın rəhbərliyi ilə keçirilib.

Təqdimatlar tələbələrin fənn çərçivəsində əldə etdikləri bilikləri tətbiq etmək və praktiki bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb. Təqdimatlar “Ünsiyyət” və “Şəxsiyyət” mövzularına həsr olunub. Tələbələr qruplar halında çıxış edərək müxtəlif nəzəri yanaşmaları, praktiki nümunələri və psixoloji modelləri interaktiv şəkildə auditoriyaya təqdim ediblər.

Müzakirə formatında davam edən təqdimatlar tələbələr arasında qarşılıqlı fikir mübadiləsinə və sosial psixologiyanın aktual məsələlərinin daha dərindən mənimsənilməsinə şərait yaradıb. Dərsin sonunda tələbələrin çıxışları kafedra müdiri tərəfindən qiymətləndirilib və növbəti tapşırıqlar verilib.

Digər xəbərlər

Bütün xəbərlər