06-05-2025
Bakı Qızlar Universitetində pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrin pedaqoji təcrübə müddətinin başa çatmasına sayılı günlər qalıb. Təcrübə müddətinin son ayında Mətbuat və ctimaiyyətlə Əlaqələr Şöbəsi tələbələrin dərs fəaliyyəti, metodiki hazırlığı və pedaqoji bacarıqlarını əks etdirən məqamları işıqlandırmaqda davam edir.
Təcrübə dövründə tələbələr müəllimə xas olan bir sıra bilik və bacarıqlara yiyələnmiş, metodiki baxımdan öz üzərlərində işləyərək inkişaf etmişlər. Onlar dərs prosesində müxtəlif təlim metodlarından istifadə etməklə dərslərin mənimsənilməsini təmin etmiş, şagirdlərlə düzgün ünsiyyət qurmaq bacarığı nümayiş etdirmişlər.
Məlum olub ki, tələbələr dərs prosesinə məsuliyyətlə yanaşaraq həm fənn biliklərini, həm də pedaqoji yanaşmalarını praktikada sınaqdan keçirmək imkanı əldə ediblər. Bu təcrübə onların gələcəkdə peşəkar müəllim kimi formalaşmasında mühüm rol oynayacaqdır.
Bakı Qızlar Universiteti təcrübəçi tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayır.
08-05-2025
07-05-2025
06-05-2025
06-05-2025