08-12-2025
06 dekabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində müəllim və tələbələr üçün texnoloji bacarıqlar üzrə təlim keçirildi. Təlimi universitetin “İnformasiya texnologiyaları şöbəsi”nin rəhbəri Rəşad Mehdiyev apardı.
Təlimdə iştirakçılara elektron lövhələrin effektiv istifadəsi, Moodle platformasının işlənməsi, eləcə də kooperativ e-mail strukturu və korporativ yazışma qaydaları haqqında ətraflı məlumat verildi. R.Mehdiyev rəqəmsal texnologiyalardan istifadənin tədris prosesinin keyfiyyətinə təsirini xüsusi vurğuladı.
Təlim interaktiv şəkildə təşkil olunub və iştirakçıların çoxsaylı sualları cavablandırıldı. Müəllim və tələbələr rəqəmsal resurslardan istifadə ilə bağlı praktiki nümunələr üzərində işləyərək, yeni biliklər əldə etdilər.
Təlimin sonunda iştirakçılar BQU-da innovativ tədris mühitinin genişləndirilməsi və rəqəmsal bacarıqların artırılmasının əhəmiyyətini qeyd etdilər.
13-12-2025
12-12-2025
12-12-2025
11-12-2025