Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

13-12-2025

Bakı Qızlar Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş intellektual yarış keçirilib

Bakı Qızlar Universitetində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş intellektual yarış keçirilib

Dekabr ayının 12-də Bakı Qızlar Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş intellektual yarış Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyəti (TEC)-nin təşkilatçılığı ilə keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib, onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki müstəsna rolunu vurğulayıb.

Çıxışlardan sonra komandalar arasında intellektual yarışa start verilib. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş suallara düzgün cavab verən komanda üzvləri sertifikatlarla mükafatlandırılıb.

𝘔ə𝘵𝘣𝘶𝘢𝘵 𝘷ə 𝘪𝘤𝘵𝘪𝘮𝘢𝘪𝘺𝘺ə𝘵𝘭ə ə𝘭𝘢𝘲ə𝘭ə𝘳 şö𝘣ə𝘴𝘪

Digər xəbərlər

Bütün xəbərlər