25-10-2024
25 oktyabr 2024-cü il tarixində Bakı Qızlar Universitetində Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Gənc müəllimlər" klubunun təşkilatçılığı ilə “Ailə tərbiyəsinin vəzifələri" mövzusunda seminar keçirildi.
Seminar, “Pedaqogika” kafedrasının baş müəllimi, pedaqoq Əlibala Zalovun açılış nitqi ilə başladı. Əlibala müəllim keçmiş dövr ailə quruluşu və müasir gənc ailələrin quruluşu haqqında danışaraq, əsl Azərbaycan vətəndaşının yetişdirilməsində ailə tərbiyəsinin əhəmiyyətini vurğuladı. Daha sonra söz tərbiyə işləri üzrə prorektor Aygün Cəfərovaya verildi. A.Cəfərova mövzu ilə bağlı tələbələrlə öz fikrini bölüşərək, ailə tərbiyəsinin gənclərin həyatında nə qədər vacib rol oynadığını bildirdi. Daha sonra “Məktəbəqədər təhsil” ixtisası üzrə təhsil alan ikinci kurs tələbələri Həmidə Həsənova, Çinarə Məhərrəmova, Fatma Rəhimova və Zəhra Əliyeva öz çıxışlarını səsləndirdilər. Tələbələr mövzunu daha çox psixoloji və pedaqoji aspektdən müzakirə edərək, tələbkarlıq və xoş rəftarın vəhdətdə olmasını düzgün tərbiyənin əsası olduğunu qeyd etdilər.
Sonda xatirə şəkilləri çəkildi.
29-12-2024
25-12-2024
24-12-2024
24-12-2024