16-05-2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il Sərəncamına əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq Bakı Qızlar Universiteti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə universitetdə tələbələrlə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, prof. Sevinc Rəhimova iqlim dəyişmələrinə qarşı qlobal mübarizənin əhəmiyyəti, ətraf mühitin mühafizəsinin və yaşıllıqların artırılmasının vacibliyini vurğuladı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Rafiq Ədilov və aparıcı məsləhətçi Aynur Əbdüləzimova “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı ölkədə keçiriləcək "COP29" tədbirinin məqsədi barədə məlumat verdilər.
Çıxışlar zamanı plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri, bu təsirlərin azaldılması və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti barədə maarifləndirici söhbətlər aparıldı.
Tədbirin sonunda tələbələri maraqlandıran suallara cavab verildi.
09-10-2024
09-10-2024
09-10-2024
07-10-2024