Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

30-10-2025

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunur

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunur

Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə Bakı Qızlar Universitetində tədbir keçiriləcək.

Şairin zəngin irsinə, vətənpərvərlik, azadlıq və mənəviyyat ruhunu əks etdirən yaradıcılığına həsr olunan tədbir 31 oktyabr 2025-ci il, saat 12:00-da universitetin Akt zalında baş tutacaq.

Tədbir zamanı şairin həyat və yaradıcılıq yolu haqqında çıxışlar ediləcək, tələbələrin ifasında Bəxtiyar Vahabzadənin şeirləri səsləndiriləcək və ədibin xatirəsinə həsr olunan bədii kompozisiya nümayiş etdiriləcək.
Bütün ədəbiyyatsevərlər dəvətlidir!



Bütün xəbərlər

Bütün elanlar