20-06-2024
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində Bakı Qızlar Universitetində də “İnsan hüquqları və onların qorunması ” adlı maarifləndirici tədbir keçirmişdir.
Tədbirdə insan hüquqları ilə bağlı videoçarx izlənildikdən sonra məruzələr dinlənildi. Çıxışlarda qeyd olundu ki, olkəmizdə ancaq qızların təhsil aldığı yeganə təhsil müəssisəsi 1992-ci ildən fəaliyyət göstərən Bakı Qızlar Universitetidir. Bu universitetin qarşıya qoyduğu hədəflərdən biri də ali təhsil alan qızlarımız- gələcəyin analarının hüquq düşüncəsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, onların qarşısında duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsidir.
Tədbirdə insan hüquqlarının aktuallığı, ətraf mühitin qorunması, sağlam həyat tərzi, narkomaniya əleyhinə mübarizə, həmçinin bu istiqamətlər sahəsində görülən işlər barədə müzakirələr aparıldı.
Hüquqlarını bilən qızlarımızın sağlam cəmiyyətə bilavasitə təsiri olduğunu vurğulayan universitetin tədris işləri üzrə prorektoru, professor Hava Abdullayeva ölkəmizdə insan hüquqlarının təşviqi, müdafiəsi və təmininə dair aparılan tədbirlərin təqdirəlayiq olduğunu iştirakçıların bir daha diqqətinə çatdırdı.
#İnsanHüquqlarıAylığı #HumanrightsMonth
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024