27-11-2025
26 noyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədovun iştirakı ilə maarifləndirici mühazirə təşkil edildi.
“İnsanın inkişafında kulturologiyanın yeri” mövzusuna həsr olunmuş tədbirdə professor Fuad Məmmədov mədəniyyətin insan həyatındakı rolundan, kulturologiyanın elmi istiqamətləri və mahiyyətindən, qədim dünyanın müxtəlif sivilizasiyalarında mədəniyyət anlayışlarının formalaşmasından danışdı.
Professor, həmçinin, Konfutsinin beş xeyirxahlıq prinsipi, elitar və kütlə mədəniyyətinin fərqləri, mədəniyyətin inkişaf mərhələləri, insanın mənəvi-daxili aləminin formalaşması kimi mühüm məqamlara toxundu. Mühazirə çərçivəsində təqdim olunan slaydda mədəniyyətin dar, kontekstual və elmi mənaları, eləcə də qədim Roma, Yunanıstan, Hindistan və Çin mədəni düşüncə tərzlərinə dair nümunələr yer almışdır.
Tədbirdə professorun tələbələrlə interaktiv söhbəti, onların suallarını cavablandırması xüsusi maraqla qarşılandı.
Sonda Bakı Qızlar Universitetinin rəhbərliyi Fuad Məmmədova təşəkkürünü bildirərək, gələcəkdə də bu cür maarifləndirici görüşlərin davam etdiriləcəyini vurğuladı və professor Fuad Məmmədovla birlikdə xatirə şəkilləri çəkdirildi.
27-11-2025
25-11-2025
24-11-2025
19-11-2025