23-05-2024
18 may 2024-cü il tarixində Bakı Qızlar Universitetində "Diskussiya" klubunun cari tədris ilinin sonuncu diskussiyası keçirildi. Klub üzvləri yazıçı, publisist Əlabbas Bağırovun "Köhnə kişi", "Gümüşü gecələr", "Gözmuncuğu", "İkinci oğul" əsərləri haqqında fikir mübadiləsi apardılar.
Sözügedən əsərlərin müəllifi Əlabbas Bağırov canlı diskussiya zamanı tələbələri maraqlandıran sualları cavablandırdı.
Müzakirə olunan əsərlərin məzmununda mənəvi dəyərlərin qorunması, qarşılıqlı hörmət və məhəbbətin aliliyi kimi məsələlərə toxunuldu.
Əsərlərində bu ideyaları ön plana çəkən yazıçı tələbələrə ana dili ilə yanaşı, ədəbiyyatı dərindən öyrənməyi və tarixmizə söykənən milli-mənəvi dəyərlərimizə sadiq qalmağı tövsiyə etdi.
Qeyd edək ki, "Diskussiya klubu" 21.02.2024-cü il tarixində “Ana dili” günündə Bakı Qızlar Universitetinin təsisçisi, nasir-publisist Ağarəhim Rəhimovun "Kabus" əsərinin müzakirəsi ilə açıq elan edilmişdi.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024