Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

29-10-2025

Bakı Qızlar Universitetində AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirildi

Bakı Qızlar Universitetində AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirildi

28 oktyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş elmi seminar keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Seminarda universitetin rektoru professor Sevinc Rəhimova, AMEA-nın əməkdaşları və eyni zamanda Bakı Qızlar Universitetinin müəllimləri olan dosent Qüdsiyyə Qəmbərova, dosent Qətibə Mahmudova, həmçinin, tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova və Pedaqogika kafedrasının müdiri Həsən Bayramov çıxış etdilər.

Rektor Sevinc Rəhimova çıxışında alimləri yubiley münasibətilə təbrik edərək, dövlət səviyyəsində Azərbaycan elminə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yubiley ilinin qeyd olunmasında təhsil müəssisələrinin fəal iştirakının əhəmiyyətini vurğuladı.

Seminar iştirakçıları AMEA-nın yaranma tarixi, inkişaf mərhələləri və elmi fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşərək, bu cür tədbirlərin tələbələrin elmi dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd etdilər.

Daha sonra dosent Qüdsiyyə Qəmbərova AMEA-nın Dilçilik İnstitutunun əməkdaşı kimi çıxış edərək institutun yaranma tarixi və fəaliyyəti barədə məruzə təqdim etdi.

Sonda AMEA-nı təmsil edən alimlər Bakı Qızlar Universitetinin rəhbərliyinə səmimi təşəkkürlərini bildirdilər.

Digər xəbərlər

Bütün xəbərlər