17-09-2024
Yeni tədris ilinin başlanması münasibətilə universitetə yenicə qəbul olunmuş tələbələrin valideynlərindən müsahibə alınıb.
Valideynlər həyəcan və qürur dolu anlarla övladlarının universitet həyatına başlamaqla bağlı təəssüratlarını və istəklərini bölüşüblər. Həmçinin, valideynlər təhsilə yeni başlayan tələbələrə uğurlar arzulayıblar.
Müsahibələr arasında 44 günlük müharibədə şəhid olmuş Cavadzadə Anarın valideynləri də iştirak edirdi. Onlar nəvələrinin bu uğurunu dərin duyğularla qarşılayıblar və gələcəkdə atasının xatirəsinə layiq bir təhsil alacağını arzu ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları hər zaman şad olsun!
Yeni tədris ilində tələbələrimizə uğurlar arzu edirik!
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024