09-04-2024
Fevral ayının 16-dan etibarən Bakı Qızlar Universitetinin təcrübəçi tələbələri təhsil illərində əldə etdikləri bilik və bacarıqlardan faydalanmaqla sınaq dərsləri aparır, müxtəlif tədbirlər təşkil edir və təlim-tədris prosesi ilə bağlı məsələləri həvəslə öyrənirlər.
BQU-nun “Pedaqogika” kafedrasının müdiri prof. Həsən Bayramov, “Psixologiya” kafedrasının müdiri Nurəngiz Rzayeva, təcrübə rəhbəri Sədaqət Əliyeva və başqa əməkdaşların rəhbərliyi ilə “Təhsildə sosial-psixoloji xidmət” (SP-20) ixtisası üzrə təhsil alan təcrübəçi tələbələrin 212, 240,176 saylı məktəblər və digər psixologiya mərkəzlərində təcrübələri uğurla davam edir.
Qeyd edək ki, ali təhsil müəssisələrində pedaqoji təcrübə may ayının 25-dək davam edəcək.
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024