Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

04-12-2025

BQU müəllimi “20 sentyabr zəfəri” mövzusunda vebinarda məruzə edib

BQU müəllimi “20 sentyabr zəfəri” mövzusunda vebinarda məruzə edib

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və “Nardaran Tarix-mədəniyyət Qoruğu”nun təşkilatçılığı ilə 2025-ci il Konstitusiya və Suverenlik ili çərçivəsində “20 sentyabr zəfəri bu torpaqlarda əbədi varlığımızın təsdiqidir” adlı vebinar keçirildi.

Tədbirdə Bakı Qızlar Universitetinin Tarix kafedrasının baş müəllimi, doktorant Tural Vəlizadə elmi məruzə ilə çıxış etdi.

Tural Vəlizadə məruzəsində 20 sentyabrın milli tarixdə xüsusi yerə malik olduğunu qeyd edərək, lokal antiterror əməliyyatının qəhrəman şəhidlərimizin fədakarlığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində baş tutduğunu bildirdi.

O, 20 sentyabr zəfərinin milli dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm mərhələ olduğunu və Azərbaycanın suverenlik yolunda dönüş nöqtəsi kimi qiymətləndirilməli olduğunu diqqətə çatdırdı.

Vebinarda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlardan 30-a yaxın əməkdaş iştirak etdi.

 

Digər xəbərlər

Bütün xəbərlər