26-04-2024
Xəbər verdiyimiz kimi, 26 aprel 2024-cü il tarixində Bakı Qızlar Universitetində universitetin “Psixologiya “ kafedrasının dosenti, “Sirdaş“ psixologiya mərkəzinin psixoloqu Ramil Mirzəyevin “Xarakter və qarşılıqlı münasibətlər“ mövzusunda təlimi baş tutdu.
Psixoloq Ramil Mirzəyev düşüncələrdən taleyə doğru gedən yolun hansı mərhələlərdən keçdiyini izah edərək “Temperament və xarakter “ haqqında slaydı təqdim etdi. Çıxışında şəxsiyyətin dörd istiqamətlərindən – potensial, intellekt niyyət və xarakterdən bəhs edərək ən çətin istiqamətin niyyət istiqamətinin olduğunu vurğuladı. İştirakçılarla maraqlı faktları bölüşən R. Mirzəyev extrovert, introvert, ambivert, omnivert kimi şəxsiyyət göstəricilərindən introvert tipinin ən çox məşhur insanlarda rast gəlindiyini qeyd etdi. İnsan taleyində xarakterin əhəmiyyətli rol oynadığını qeyd edən natiq hər bir insanı olduğu kimi qəbul etməyin doğruluğunu iştirakçıların nəzərinə çatdırdı.
Təlimin sonunda iştirakçılar arasında maraqlı test oyunu oynanıldı və tədris işləri üzrə prorektor, prof. Hava Abdullyeva maraqlı təlim üçün psixoloqa təşəkkür etdi.
09-10-2024
09-10-2024
09-10-2024
07-10-2024