08-11-2024
07 noyabr 2024-cü il tarixində Bakı Qızlar Universitetində “Günlərdən Zəfər” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan BQU-nun rektoru, professor S. Rəhimova 8 Noyabr – Zəfər Gününün xalqımızın qürur mənbəyinə çevrildiyini qeyd edərək, bayram münasibətilə iştirakçıları təbrik etdi. Eyni zamanda, rektor çıxışında hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər səlnaməsindən bəhs etdi.
Daha sonra “Tarix” kafedrasının baş müəllimi Tural Vəlizadə çıxış edərək “Qarabağ Azərbaycandır!” deyimini tarixə qızıl hərflərlə həkk edən şanlı bir dastan olduğunu vurğuladı. O, bu məmləkətin gələcək övladlarının cəsur əsgər, gizir və zabitlərinin fədakarlıqlarından, birlik və bərabərliklərindən, həmçinin Qarabağda həyata keçirdikləri ağır mübarizələrdən öyrənəcəkləri çox şey olduğunu iştirakçıların diqqətinə çatdırdı.
“Pedaqogika” kafedrasının baş müəllimi Ə. Zalov “Bizim arzumuz idi bu zəfəri yaşamaq. Arzular həmişə qiymətlidir. Bizi bu arzumuza milli ordumuz, böyük xalqımız və dəmir yumruq sahibi Ali Baş Komandan çatdırdı” deyə vurğuladı.
Daha sonra BQU tədris işləri üzrə prorektor, professor H. Abdullayeva çıxış edərək, 44 gün davam edən Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi haqqında məlumat verdi. BQU-da təhsil alan tələbələrin şəhid olmuş yaxınları haqqında hazırladıqları çıxışlar böyük təsir doğurdu.
Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin parlaq səhifələrindən, həmin günün Azərbaycan xalqının iftixar və qürur gününə çevrilməsindən bəhs edən videoçarx izlənildi.
Tədbirdə bir-birindən maraqlı bədii kompozisiyalar nümayiş olundu və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024