Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

11-12-2025

Bakı Qızlar Universitetində Qazaxıstan alimləri ilə görüş keçirildi

Bakı Qızlar Universitetində Qazaxıstan alimləri ilə görüş keçirildi

9 dekabrda Bakı Qızlar Universitetində Qazaxıstan Respublikasının L.N. Qumilyev adına Avrasiya Milli Universitetinin tanınmış professorları ilə görüş təşkil olunub. Tədbir “Təbiət – İnsan – Həyat” üçlüyünün dil təmsilində etno-mədəni kodlar və kognitiv strukturlar mövzusuna həsr edilib.

Azərbaycan və Qazaxıstan dövlət himnlərinin səsləndirilməsindən sonra Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimova qonaqları və iştirakçıları salamlayaraq açılış nitqi ilə çıxış edib. Rektor vurğulayıb ki, Azərbaycan və Qazaxıstan arasında əlaqələr qədim tarixi köklərə malikdir. Ölkələrimiz bütün dövrlərdə dostluq və qarşılıqlı əməkdaşlıq mühitində inkişaf etmiş, elmi, siyasi və mədəni sahələrdə sıx əlaqələr formalaşmışdır.

Görüşdə professorlar — Karlygash Sarekenova, Magripa Yeskeeva və Bakı Qızlar Universitetinin professoru Nuridə Novruzova çıxış ediblər.

Təqdimat zamanı Qazaxıstanlı alimlər iki universitet arasında tələbə mübadiləsinin genişləndirilməsi, ikili təhsil proqramları, magistratura və doktorantura səviyyələrində əməkdaşlıq, eləcə də ortaq şöbələrin yaradılması və elmi mobilliyin dəstəklənməsi kimi məsələlər barədə məlumat veriblər. Bildirilib ki, Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələri arasında elmi-tədris əməkdaşlığının gücləndirilməsi hər iki tərəf üçün yeni və perspektivli imkanlar yaradır və bu əməkdaşlığın davamlı olması mühüm əhəmiyyət kəsb edir.

Müzakirələr zamanı tələbələrin və müəllimlərin ünvanladıqları suallar cavablandırılıb, gələcək birgə layihələr, konfranslar və akademik mobillik proqramları ilə bağlı təkliflər səsləndirilib.

Tədbirin sonunda iştirakçılar qonaqlarla xatirə şəkilləri çəkdiriblər.

 

Digər xəbərlər

Bütün xəbərlər