01-04-2024
30 mart 2024-cü il tarixində Bakı Qızlar Universitetinin təşkilatçılığı ilə müəllimlər üçün "Auditoriyanın idarə olunması" mövzusunda təlim keçirildi.
Təlim pedaqogika üzrə fəlsəfə doktoru, təlimçi Gülşən Eminova tərəfindən həyata keçirildi. O, BQU-nun rəhbərlik və müəllim heyətini salamlayaraq, müasir təlim metodlarına uyğun olaraq auditoriyanın təşkili, dərs prosesi zamanı müəllim və tələbə münasibətlərinin düzgün qurulmasının, yeni texnologiyalar vasitəsilə auditoriyaların effektiv idarə olunmasının, təlim metodlarının düzgün seçilməsinin, məzmun planının hazırlanmasının və təlim növünün müəyyənləşdirilməsinin vacibliyini vurğuladı.
Təlimin sonunda iştirakçılar arasında rəy sorğusu keçirildi.
09-10-2024
09-10-2024
09-10-2024
07-10-2024